Ana səhifə
19 Avqust 2018

Ramil Usubovun qovduğu palkovnikin maşını saxlanıldı- ŞOK

Keçmiş polis rəisi, polis polkovniki Məmməd Mikayılovun başına xoşagəlməz hadisə gəlib.

 

Ucnoqta.az-ın aznews.az-a istinadən verdiyi məlumata görə, o, avtomobilini idarə edərkən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Buna səbəb polkovnikin maşını sərxoş halda idarə etməsi olub.

Bildirilir ki, keçmiş rəis əvvəlcə yol polislərinin onu saxlamasına etiraz edib, hətta onlara hədə-qorxu da gəlib. Bütün bunlara baxmayaraq, polkovnikin qayda pozuntusu protokollaşdırılıb və onun idarə etdiyi 10- RP-400 dövlət nömrə nişanlı “Toyota Cəmry” markalı avtomobil cərimə meydançasına aparılıb.

 

Qeyd edək ki Məmməd Mikayılov DİN orqanlarında yüksək vəzifələrdə çalışıb, Xətai, Nəsimi və Suraxanı rayonlarının polis rəisi olub.

 

O, yanvarın 29-da küçə ticarəti ilə bağlı verdiyi nöqsanlara görə Daxili İşlər naziri Ramil Usubovun əmri ilə vəzifədən azad edilib.

Tarix
5 Oktyabr 2014 [22:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin