Yeni yol sürücülərin ixtiyarına verildi - FOTO

Bakıda nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən işlər davam etdirilir. Bu məqsədlə Atatürk prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən yol ötürücüsünün üzərində yeni yol hissəsi salınıb. ASC-dən verilən məlumata görə, yeni yol hissəsi bu gündən etibarən sürücülərin ixtiyarına verilib. Nəqliyyat vasitlərinin geri dönmələri üçün salınan yol hissəsi tıxacların aradan qaldırılması üçün atılan məqsədyönlü addımların tərkib hissələrindən biridir.

Görülən işlər nəticəsində yolun hərəkət hissəsi nəzərə çarpacaq dərəcədə genişləndirilib. Əraziyə yeni asfalt-beton örtük döşənib. Yeni salınmış yol hissəsində hərəkəti tənzimləmək üçün müvafiq yol nişanları quraşdırılıb və səki daşları düzülüb.
Bundan öncə nəqliyyat vasitələri geri dönmə əməliyyatını həyata keçirmək üçün uzun bir məsafə qət etməli idilər. Bu isə həm vaxt itkisinə, həm də həmin istiqamətdə sıxlığın yaranmasına gətirib çıxarırdı. Həsən Əliyev küçəsi ilə hərəkətdə olan nəqliyyat vasitələri artıq yeni yol hissəsindən geriyə dönməklə rahat və maneəsiz şəkildə hərəkətlərinə davam edə bilərlər.
Qeyd edək ki, nəqliyyat sıxlığını aradan qaldırılıb, nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə işlər Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə birgə aparılır.

 

Elmin

Tarix
12 Oktyabr [17:31]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

"Opel" şirkəti satıldı

Fransanın "PSA Group" şirkəti "Opel"i "General Motors"dan 2.2 milyard avroya satın aldı

Nəqliyyatın icbari sığortasını onlayn etmək imkanı

Sığortanın qüvvəyə minmə tarixi sistem tərəfindən avtomatik təyin edilir

"General Motors" 1000-dən çox iş yerini ixtisar edəcək

Yanvar ayında artıq 2 min iş yeri azaldılıb

Trampa güllə keçirməyən xüsusi avtomobil ayrıldı - FOTO

8 ton ağırlığındakı "The Beast"ın polad qapılarının qalınlığı 20,3 santimetrdir

Dubayda bu ölkənin ilk "uçan avtomobil"i nümayiş etdirilib - VİDEO

Yeni avtomobil sərnişinləri yaxın məsafəyə daşımaq üçün nəzərdə tutulub

Unikal "Lamborghini" traktoru hərraca çıxarılacaq - FOTO

Traktorun ilkin satış qiyməti təqribən 26 min avrodan başlayacaq

"Ferrari" Formula 1-in səhmlərini satın almaq istəyir

Liberty Media səhmlərin bir hissəsini 400 milyon dollar qarşılığında satmağı planlaşdırır

"Uber" "pilotsuz taksi"nin yaradılmasına dair müqavilə bağlayıb

Pilotsuz avtomobillər xidmətin işini irəli aparacaq

Azərbaycanlılar təzə və bahalı, ermənilər isə köhnə maşınlar alırlar - REPORTAJ

Gürcüstanda avtomobillərin rəsmiləşdirilməsi elə bazarın daxilindəki idarədə həyata keçirilir

"Volkswagen" satış həcminə görə dünya lideri olub

Almaniya konserni əvvəlki lider Toyotanı qabaqlayıb
Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.