Ana səhifə
14 Noyabr 2018

5-6 bank kapital tələbini yerinə yetirməyəcək

Elman Rüstəmov: “Əmanətçilər və müştərilər üçün qorxulu bir hal yoxdur”

 

 

“Bank kapitalının 99 faizini əhatə edən banklar Mərkəzi Bankın kapital tələbini yerinə yetirəcəklər”. Mərkəzi Bankın sədri Elman Rüstəmovun sözlərinə görə, 5-6 bank bankın bu tələbi yerinə yetirməyəcəyi proqnozu var: “Lakin bu bankların aktivləri ümumi bank aktivlərinin 1 faizi ətrafındadır. Bu banklarda əhalinin əhəmiyyətli həcmdə əmanətləri yoxdur. Əmanətçilər və müştərilər üçün qorxulu bir hal yoxdur”.

 

E.Rüstəmov bildirir ki, kapital tələbini yerinə yetirməyən banklardan ikisi xarici kapitallı bankdır: “Ümid edirik, xarici kapitallı banklar bir tədbir görəcəklər, hazırda onlar ilə danışıqlarımız gedir. Bir daha deyirəm, bu banklar çox zəif banklardırlar”.

 

Mərkəzi Bankın sədri qeyd edirki,  kapital tələbini yerinə yetirə bilməyən banklar ilə fərdi şəkildə rəftar olunacaq: “Biz onlar ilə müxtəlif sseneriləri müzakirə edirik, gəlin bu barədə danışmağa tələsməyək”.

 

Baş bankir vurğulayır ki, yeni ipoteka strategiyası hökumətə təqdim edilib və hazırda hökumətdə çoxtərəfli müzakirələr gedir: “Maraqlı strategiyadır. Təbii ki, orada çoxlu problemli məsələlər var. Hökumət daxilində bu məsələlər müzakirə edilir”.

 

Əfsun

Tarix
28 Oktyabr 2014 [17:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin