Maşınları barədə məlumat vermədiyi üçün namizədliyi qeydə alınmadı

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 84 saylı Füzuli Seçki Dairəsindən Müsavat Partiyasıtərəfindən namizədliyi irəli sürülmüş Müsavat Partiyasının Divan üzvü, vəkil Osman Kazımovun namizədliyinin müvafiq dairə seçki komissiyası tərəfindən qeydə alınmaması barədə şikayətinə baxılıb.

MSK üzvü Qabil Orucov deyib ki, DSK O.Kazımov mülkiyyətində olan 4 avtomobil barədə məlumat təqdim etmədiyi üçün onun namizədliyini qeydə almayıb.
MSK İşçi Qrupunun apardığı araşdırma zamanı bu fakt təsdiqini tapıb. İclasda iştirak edən O.Kazımov 4 yox, 3 avtomobilləri olduğunu, avtomobillərin həyat yoldaşının adına olduğunu, DSK sədrinin ailənin birgə mülkiyyəti olan avtomobillərlə bağlı təqdim etdiyi məlumatı qəbul etmədiyini, bunun gərəksiz olduğunu söylədiyini bildirib.
MSK sədri Məzahir Pənahov isə deyib ki, bir hüquqşünas kimi O.Kazımov bu avtomobillərlə bağlı məlumat təqdim etməsi barədə məlumatlı olmalı idi. O, həmçinin vəkilin həmin ərəfədə MSK-ya müraciət edə biləcəyini də xatırladıb. 
Məsələ səsverməyə çıxarılıb, MSK DSK-nın qərarını qüvvədə saxlayıb, O. Kazımovun namizədliyi qeydə alınmayıb.

APA

Tarix
11 Oktyabr [22:30]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Dubayda bu ölkənin ilk "uçan avtomobil"i nümayiş etdirilib - VİDEO

Yeni avtomobil sərnişinləri yaxın məsafəyə daşımaq üçün nəzərdə tutulub

Unikal "Lamborghini" traktoru hərraca çıxarılacaq - FOTO

Traktorun ilkin satış qiyməti təqribən 26 min avrodan başlayacaq

"Ferrari" Formula 1-in səhmlərini satın almaq istəyir

Liberty Media səhmlərin bir hissəsini 400 milyon dollar qarşılığında satmağı planlaşdırır

"Uber" "pilotsuz taksi"nin yaradılmasına dair müqavilə bağlayıb

Pilotsuz avtomobillər xidmətin işini irəli aparacaq

Azərbaycanlılar təzə və bahalı, ermənilər isə köhnə maşınlar alırlar - REPORTAJ

Gürcüstanda avtomobillərin rəsmiləşdirilməsi elə bazarın daxilindəki idarədə həyata keçirilir

"Volkswagen" satış həcminə görə dünya lideri olub

Almaniya konserni əvvəlki lider Toyotanı qabaqlayıb

Maşın bazarında alqı-satqı əməliyyatları azaldı - QİYMƏTLƏR ARTIB

"İdxal olunan yeni avtomobillərin qiyməti artacaq"

Yeni “Ford Trucks” seriyası ilə “Hər yükdə birlikdə” – FOTOLAR

“Ford Trucks”un yeni istehsal etdiyi yük avtomobili Bakıda təqdim edildi

Gömrük sərhədindən keçirilən avtomobillərlə bağlı yeni qayda qüvvəyə minib

Avtonəqliyyat vasitəsi gömrük orqanının müəyyən etdiyi yerlərdə gömrük nəzarəti altında saxlanılır

“Avtovağzal”a gedənlərə şad xəbər

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.