Ana səhifə
19 Noyabr 2018

Rusiya üsyançıların Donetsk və Luhanskda seçkilərini tanıyacaq

Sergey Lavrov: «Bu, həmin regionlardakı hakimiyyətin legitimləşdirilməsi üçün mühüm rol oynayacaq»

 

Rusiya Ukraynanın şərqində noyabrın 2-də separatçıların keçirməyə hazırlaşdığı mübahisəli seçkilərin nəticəsini tanıyacağını bildirib. Rusiya Xarici İşlər naziri Sergey Lavrov Donetsk və Luhanskda keçirləcək seçkilərin "həmin regionlardakı hakimiyyətin legitimləşdirilməsi üçün mühüm rol" oynayacağını vurğulayıb. Lakin Ukrayna və Qərb hökümətləri seçkilərin keçirilməsinə yol verməməyə çağırır. Ukrayna şərqdə seçki keçirilməsinə yol verməmək məqsədilə Rusiyanı separatçılara təzyiq göstərməyə çağırıb. Rusiya XİN başçısı Sergey Lavrov bu məsələ ilə bağlı Moskvanın mövgeyini açıqlayıb. "Biz ümid edirik ki, seçkilər nəzərdə tutulmuş şəkildə keçiriləcək və biz əlbəttə nəticələri tanıyacayıq",-Lavrov deyib.

Bu arada isə ukraynalı bir diplomat AFP agentliyinə bildirib ki, usyançıların seçkilərinə Moskvanın dəstək verməsi "sülh prosesini pozacaq". Ötən bazar günü Ukraynada keçirilmiş parlament seçkiləri qərbpərəst partiyaların qələbəsilə başa çatıb. Kiyev və Qərb Moskvanı üsyançıları silahlandırmaqda ittiham edir.

Tarix
28 Oktyabr 2014 [17:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin