Ana səhifə
18 Noyabr 2018

Xalq artisti onu hamıya əmanət etdi... - Fotolar

Bu gün dünyasını dəyişən xalq artisti Nuriyyə Əhmədova ilə bağlı hər kəs sosial şəbəkələrdə fikirlərini bölüşür. Evsiz xalq artistini son mənzilə yaxınları Mərdəkandakı bacısının evindən yola salacaq. Danışmaq istəməsə də, "Qafqazinfo"nun fotoqrafı xalq artistinin son və yeganə əmanəti Faiqin fotolarını çəkib. Yaxınları bildirib ki, Nuriyyə Əhmədova ancaq Faiqi onlara tapşırıb. Əslində Faiq də xalq artistinə əmanət idi, qızından...O isə Faiqi nəvəsi kimi deyil, hamıya oğlu kimi təqdim edirdi...

Qeyd edək ki, Nuriyyə Əhmədovanın qızı bir neçə il əvvəl həyat yoldaşı tərəfindən qətlə yetirilmişdi. O, hadisə barədə belə açıqlama vermişdi: “Qız ailə qurmuşdu, uşağı olmuşdu, 40-ı çıxınca bizimlə qalmalı idi. Uşaq 20 günlük olanda yoldaşı qızımı qətlə yetirdi, öz gözlərimin önündə, öz qucağımda qız getdi əldən. Qız xoreoqrafiyanı bitirmişdi, rəssamlığa da meyli böyük idi. Hardan bu oğlan çıxdı qarşısına... Aviasiyada oxuyurdu, vermək istəmirdik. Qızı başdan elədi, deyirdi ki, ana, yazıqdır, anasız oğlandır, ona getməsəm, özünü öldürəcək. Götürdü qaçırdı balamızı. Əlac kəsildi, toyunu elədik. Qız hamilə olanda, uşaq təzə olanda bizimlə qalırdılar. Səhər tez durub öz balam kimi qulluğunda dururdum, onu dərsə yola salırdım. Sən demə, oğlan psixi xəstə imiş, anası nə qədər ki, sağ imiş, bunu vaxtlı- vaxtında müalicə etdirirmiş. Ana rəhmətə gedəndən sonra ata boş buraxıb, müalicə etdirməyib. Qızın da bundan xəbəri yox. Bizə də məhkəmə prosesində dedilər. Tutmasının vaxtı gəlib, qızımızı bədbəxt elədi. Qızı öz balasına qısqanırdı. Qız getdi, balası qaldı ümidimizə. Onun üçün yaşamaq məni yaşatdı. Nəvəm üçün çalışırıq, qızın qoxusunu alırıq”.

Nuriyyə xanımın həyatındakı dəhşətli itki təkcə bununla bitmədi. O, ötən il xərçəng xəstəliyindən əziyyət çəkən oğlu Əlini də öz əlləri ilə torpağa tapşırdı...

Yəqin, xalq artistinin yeganə əmanəti olan Faiqə sahib çıxan tapılar...

Tarix
10 Oktyabr 2015 [13:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin