Ana səhifə
25 Sentyabr 2018

“Evlənməyə də, ölməyə də qorxursan"

"Ucnoqta.az" xəbər verir ki, Əməkdar artist Cavanşir Məmmədov toylardakı israfçılıq mövzusuna münasibət bildirib. “Gün üzü” verilişinə qonaq olan müğənni gənclərin toy mədəniyyətindən danışıb: “Toylarda israfçılıq olur. Bunun qarşısını almaq üçün hər masada insanın istədiyi təamlar düzülməlidir. Stola hər cür yeməklər qoyulmamalıdır. Oturan nə istəyirsə, o da gətirilsin. Biabırçılıqdır, restoran işçilərinə tapşırılır ki, bütün içkilərin qapağını açın, toy sahibi evə gedəndə özü ilə aparmasın. Əslində toylarda israfçılıq olmur. Orada qalan yeməklər işçilərə, fəhlələrə verilir. Məclislərimizdə başqa biabırçılıqlar olur. İçki içən gənclər ortalığa düşür, ayaqqabını soyunub, oynamağa başlayırlar. Bu, bizi biabırçılığa aparmırmı? İndi bizim toylarımız da, yaslarımız da bu haldadır. Evlənməyə də, ölməyə də qorxursan. Buna görə uşaqları məktəbdən tərbiyələndirmək lazımdır. Məktəblərdə uşaqlara israfçılıqla bağlı dərslər keçilməlidir”.

 

Tarix
28 Oktyabr 2014 [18:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin