Ana səhifə
23 Sentyabr 2018

«Pis münasibət görən mən olmuşam”

Təranə Səmədova: “Tanınıb, pul qazanmağa başlayandan sonra deyir, sən kimsən?”

 

Prodüser Təranə Səmədova müğənnilərdən şikayətlənib. O, “Hələ bu harasıdır” verilişində onları əməyə hörmət qoymamaqda günahlandırıb:

“Prodüserlə müğənni arasında daim problemlər yaşanıb. Müğənni ilə işləyirik, onu tanıdırıq. Amma müğənni tanınıb, pul qazanmağa başlayandan sonra deyir, sən kimsən? Buna görə də, hansısa bir müğənniylə çalışmağa başlayanda onunla müqavilə bağlamalısan. Hər zaman işlədiyim sənətçiyə demişəm ki, çalış öz hörmətini qazan. Mənə görə haradasa hörmət qazanmağa çalışma. Amma nəticədə hər zaman pis münasibət görən mən olmuşam”.
T.Səmədova müğənni Günay İbrahimli ilə işbirliklərindən də danışıb: “Günay İbrahimli ilə 2 il birlikdə çalışdıq. Uğurlu da alındı. Amma o pul qazanmağa başlayandan sonra aramızda narazılıq oldu, ayrıldıq. Buna baxmayaraq, mən heç bir yerdə Günayın yolunu kəsmədim. Hamı dostumdur, kimə desəydim, Günaya efirində qadağa qoyardı. Lakin bunu etmədim”.

 

Tarix
28 Oktyabr 2014 [17:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin