Ana səhifə
19 Noyabr 2018

Zəngilanın işğalından 21 il ötür

40 min nəfərdən artıq zəngilanlı məcburi köçkün həyatı yaşayır

 

 

Bu gün Azərbaycanın daha bir rayonunun işğal günüdür.  29 oktyabr 1993-cü ildə  Zəngilan rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.  710 kvadrat kilometr ərazi olan Zəngilan mühüm strateji və coğrafi əhəmiyyətə malik idi. Qarabağ müharibəsində 188 şəhid verən Zəngilan rayonunun 44 sakini bugünədək itkin düşmüş sayılır.

Bu rayon qızıl, tikinti daşları və əhəng kimi faydalı qazıntılarla zəngindir. Dünyada sayılıb seçilən bir neçə çinar meşəsindən biri də Zəngilan rayonunda yerləşir. İşğal dövründə Zəngilan rayonu eyni adlı şəhərdən, Micivan qəsəbəsindən və 81 kənddən ibarət olub. İşğaldan əvvəl rayonda 66 ümumtəhsil məktəbi, 4 yeddiillik musiqi məktəbi, tarix-diyarşünaslıq, daş abidələr və Xalqlar Dostluğu muzeyləri, mərkəzi kitabxana, uşaq kitabxanası, 65 kənd kitabxanası, mərkəzi rayon xəstəxanası, 4 kənd sahə xəstəxanası, 46 feldşer-mama məntəqəsi, 6 həkim ambulatoriyası, Mincivan dəmir yol xəstəxanası fəaliyyət göstərib. Rayon tarixi abidələrlə də zəngin olub. Hazırda 40 mindən artıq zəngilanlı məcburi köçkün həyatı yaşayır.

Zəngilanın işğalı nəticəsində həm əhaliyə hər də dövlətə külli miqdarda ziyan dəyib.

 

Xalid

Tarix
29 Oktyabr 2014 [00:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin