Ana səhifə
17 Noyabr 2018

İlham Əliyev Leyla Yunusla maraqlanacaq

Ucnoqta.az” xəbər verir ki, azadliq.org-un yazdığına görə Parisdə Fransa və Azərbaycan prezidentlərinin təkbətək görüşündə Fransua Olland Azərbaycanda insan hüquqları məsələsini qaldırıb. «France press» agentliyinin yaydığı məlumata görə, İlham Əliyevlə söhbət zamanı F.Olland həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun məsələsinə toxunub.

 

Azərbaycan prezidenti İlham Əliyev Leyla Yunusun taleyi ilə maraqlanacağını deyib.

Leyla Yunusun qızı Dinarə Yunus oktyabrın 27-də Fransa prezidentinə açıq məktub göndərib. Məktubda o, valideynləri, onların fəaliyyəti haqda geniş məlumat yazıb və sonda Fransa prezidentindən dəstək istəyib:

«Mənim valideynlərimin sizin dəstəyinizə bu gün ehtiyacları var. Çünki sabah gec ola bilər».

Leyla Yunus və həyat yoldaşı Arif Yunus vətənə xəyanətdə və vergidən yayınmada ittiham olunurlar. 

 

Tarix
28 Oktyabr 2014 [17:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin