Ana səhifə
20 Sentyabr 2018

Musiqili Teatrda həftəsonu 3 tamaşa nümayiş olunacaq

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 3 tamaşa nümayiş olunacaq. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu ucnoqta.az-a bildirib ki, söhbət 9, 10, 11 oktyabr tarixlərində saat 19.00-da tamaşaçılara təqdim olunacaq “Qızıl toy” (O. Kazımi, R. Heydər), “Fransızsayağı qarnir” (M. Kamoletti) və “www.ferzeli-kef.com” (E. Sabitoğlu, C. Məmmədov) tamaşalarından gedir. Tamaşaçılar 3 gün ərzində nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorlar – Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal, Əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Novruz Qartal, Səidə Şərifəliyeva, Əkbər Əlizadə,  Svetlana Bulax, aktyorlar Şaban Cəfərov, Marina Litvinenko, Rauf Babayev, Emil Heydərov, Gülçöhrə Abdullayeva, Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Gülnarə Əzizova, Ruslan Mürsəlov və başqalarının ifalarını izləyə biləcəklər. Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli tamaşaçılarını unutmayıb. Belə ki, 10 oktyabr saat 19.00-da M. Kamolettinin “Fransızsayağı qarnir” əsəri rus dilində nümayiş olunacaq. Azərbaycan Dövlət Musiqili Teatrı həftə sonu asudə vaxtlarını səmərəli keçirmək istəyən və həftəni xoş notlarla başa vurmaq arzusunda olan hər kəsi bu bir-birindən maraqlı olan tamaşalara baxmağa dəvət edir. Qeyd edək ki, bir biletin qiyməti yerindən asılı olaraq 6, 7, 8, 10 manatdır. 

 

Tarix
8 Oktyabr 2015 [14:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin