Ana səhifə
14 Noyabr 2018

Qubada heyvandarlıq inkişaf etdirilir

Rayonda heyvandarlığın inkişafına dəstək məqsədilə  sahibkarlara 200 min manat kredit verilib

İqtisadiyyatın şaxələndirilməsi, neft-qaz gəlirlərindən asılılığın azaldılması istiqamətində sistemli tədbirlər həyata keçirən Azərbaycan hökuməti regionlarda əlverişli biznes mühitinin yaradılmasını, xüsusən istehsal yönümlü sahibkarlığın inkişafını diqqət mərkəzində saxlayır. Son illər bu sahədə həyata keçirilən ardıcıl  tədbirlər sahibkarlığa maliyyə dəstəyi mexanizmlərinin təkmilləşdirilməsinə, vergi mühitinin sadələşdirilməsinə, zəruri infra¬strukturun yaradılmasına və yerli istehsalın stimullaşdırılmasına yönəlib. Əlverişli turizm imkanları, coğrafi mövqeyi və tranzit-kommunikasiya imkanları ilə seçilən şimal bölgəsində sahibkarlığın inkişafı üçün yaradılmış münbit mühit qabarıq nəzərə çarpır. Bunun nəticəsidir ki, Quba, Qusar və Xaçmaz rayonlarının istehsal potensialı son illərdə əhəmiyyətli dərəcə  güclənib, ixracyönümlü müəssisələrin sayı xeyli artıb. Regionda istehsal olunan bəzi məhsullar artıq milli brendə çevrilərək Avropa bazarlarında da tanınmağa başlayır.  Bu uğurların əldə olunmasında sahibkarlara verilən güzəştli kreditlərin də rolu var. Sahibkarlara Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib ki, 2015-ci ilin ötən dövrü ərzində respublika üzrə 3470-dən çox sahibkara 128,5 milyon manat güzəştli kredit verilib.Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlvarda güzəştli kreditlərdən yaralanıblar. Ümumilikdə, indiyədə Quba-Xaçmaz iqtisapdi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2020-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 137 milyon manat güzəştli kredit verilib. Kreditlər əsasən, heyvandarlıq, toxumçuluq, bağçılıq, əkinçilik, arıçılıq, logistik mərkəzin inşası və s. sahələrin inkişafına yönəldilib. Güzəştli kreditlərdən Quba sahibkarları da səmərəli istifadə edib. Rayonda yeni emal müəssisələrinin yaradılması tədbirləri davam etdirilir. Rayonda heyvandarlığın inkişafına dəstək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən 200 min manat və bağçılıq sahəsini inkişaf etdirmək üçün 5,0 min manat məbləğində güzəştli kreditlər verilib. Heyvandarlığı inkişaf etdirmək məqsədilə rayonda fəaliyyət göstərən süni mayalama mütəxəssisləri tərəfindən 510 baş inək və düyə süni mayalandırılmış və 120 baş sağlam bala alınıb. Heyvandarlıq təsərrüfatlarında xəstəliyin yayılmasının qarşısını almaq üçün tədbirlər görülüb.  2015-ci ilin 6 ayı ərzində rayondakı təsərrüfatlarda qarayara xəstəliyinə qarşı 39625 baş iri buynuzlu, 10188 baş xırda buynuzlu, 3930 baş təkdırnaqlı heyvanlarda, qoyunların çiçəyinə qarşı 69434 baş davarda profilaktik peyvəndləmələr aparılmışdır. Həssas heyvanlar arasında brusellyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 27022 baş iri buynuzlu heyvandan qan nümunəsi alınaraq seroloji müayinə edilib. Nəticədə 36 baş iri buynuzlu heyvanın xəstə olduğu aşkar edilib. Xəstə heyvanlar bruselyozun təlimatına uyğun zərərsizləşdirilərək təsərrüfatdan çıxarılıb.
Rayonda bağçılıq sahəsinin inkişafına dəstək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən 5,0 min manat məbləğində güzəştli kreditlər verilib.
2015-ci ilin məhsulu üçün 2014-cü ilin payızında aparılan hər hektar buğda səpininə görə kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına rayon üzrə 3989 istehsalçıya 450716 manat yardım verilib. Bundan əlavə Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli 270 nömrəli qərarı ilə təsdiq edilmiş “Aqrolizinq” ASC digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin dəyərinin orta hesabla 70 faiz güzəştlə satılması qaydalarına uyğun olaraq hesabat dövründə 552 nəfər məhsul istehsalçısına 173,95 min manat dəyərində 586,9 ton güzəştli şərtlərlə mineral gübrə satılıb. Kənd Təsərrüfatı Nazirliyinin Quba rayon İdarəsinin inzibati-laboratoriya binasının tikintisi işləri davam etdirilib.
“Aqrolizinq” ASC-nin müasir infrastruktura, ofis binasına, kənd təsərrüfatı texnikalarının saxlanması üçün meydançalara, gübrə anbarına və müasir avadanlıqlarla təchiz olunmuş təmir emalatxanasına malik Quba rayon aqroservis filialı 63 ədəd, o cümlədən 11 ədəd taxılyığan kombayn, 7 ədəd traktor, 1 ədəd ekskavator və 44 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları ilə təchiz edilib və kənd təsərrüfatı məhsulları istehsalçılarına 20 addan çox aqrotexniki xidmət göstərilir. Bundan əlavə 667 ədəd, o cümlədən 7 ədəd taxılyığan kombayn, 233 ədəd traktor, 9 ədəd ekskavator və 418 ədəd traktora qoşulan kənd təsərrüfatı texnikaları hüquqi və fiziki şəxslərə lizinq qaydasında verilib.
2015-ci ilin 6 ayı ərzində xüsusi təhlükəli və karantin tətbiq edilən zərərli orqanizimlərə qarşı mübarizə tədbirlərinin aparılması məqsədi ilə Quba rayon Bitki Mühafizəsi Mərkəzinə 300 kq/l pestisid ayrılıb. 
Quba rayonunda fəaliyyət göstərən sənaye müəssisələrindən biri də «Gilan» konserv zavoddur. Müəssisə müasir istehsal avadanlıqları, maddi-texniki imkanları,  infrastrukturu, habelə keyfiyyətli məhsulları ilə diqqət çəkir. Ümumilikdə 54 nəfərin çalışdığı əsasən «Saf» brendi ilə qatılaşdırılmış, şəffaflaşdırılmış alma şirəsi (konservantı) istehsal edilir. İllik istehsal gücü 1000 ton olan zavodda istehsal edilən digər məhsullar - tərəvəz konservləri, tərəvəz qəlyanaltıları, mürəbbələr keyfiyyəti ilə seçilir.
Əl əməyinin məhdudlaşdırıldığı, texnoloji proseslərin avtomatlaşdırıldığı zavodda hər bir əməkdaş üzərinə düşən vəzifəni məsuliyyətlə, dəqiqliklə yerinə yetirməyə çalışır. İstehsal prosesi ilkin mərhələdən sonadək diqqətdə saxlanılır. T.Bayramov bildirir ki, müəssisənin istehsalı olan məhsullar Türkiyə, Rusiya, Almaniya, Hollandiya və digər ölkələrə ixrac edilir. Yerli xammal əsasında fəaliyyət göstərən şirə zavodunun fəaliyyəti rayonun meyvə istehsalçılarının da marağındadır: şimal bölgəsinin əhalisinin yetişdirdiyi meyvə və tərəvəz məhsullarının müəyyən qismi bu zavoda tədarük olunur. Ümumiyyətlə, Quba və Xaçmazda fəaliyyət göstərən istehsal müəssisələri bölgədə meyvəçiliyin və tərəvəzçiliyin sürətli inkişafına təkan verir.
Qeyd edək ki,  əlverişli sahibkarlıq mühiti Qusar rayonunda da əhalinin işgüzar fəallığına müsbət təsirini göstərib. Yeni fəaliyyətə başlayan bəzi istehsal müəssisələrinin rayon əhalisinin zəruri istehlak malları ilə təminatında mühüm payı var. Fiziki şəxs Mübariz Verdixanova məxsus Qusar çörək zavodu rayondakı nümunəvi vergi ödəyicilərindən biridir. Zavodda gündəlik 1,5-2 ton yüksək keyfiyyətli çörək istehsal olunur.
Quba rayonu həm də turizm mərkəzi kimi də tanınır. Bu mövsüm Quba Turizm İnformasiya Mərkəzinə müraciətlərin sayında 20-30 faiz artım müşahidə olunub. Son altı ay ərzində mərkəzin xidmətlərindən 2 min 797 turist yararlanıb ki, onların da 323-si əcnəbilərdir. Əcnəbi turistlərin əksəriyyətinin Qubaya səfəri onlayn müraciətlər əsasında təşkil olunub. Mərkəzə müraciət edənlər rayona gələn turistlərin kiçik bir hissəsini təşkil edir. Quba rayonuna gələn turistlərin ən çox səyahət etdiyi istiqamət Quba-Xınalıq turizm marşrutudur. Turist sıxlığına görə ikinci yeri isə Quba-Afurca turizm marşrutu tutur. RTV (REGİON TV) xeber verir ki, ümumilikdə isə Qubaya il ərzində gələn turistlərin sayı 10 minlərlə ölçülür. Məhs buna görə də mövcud turizm marşrutlarının sayının artırılması nəzərdə tutulub. Yeni marşrutlar, əsasən, Qubanın tarixi abidələrlə zəngin, əsrarəngiz təbiət mənzərələri ilə seçilən yaşayış məntəqələri istiqamətində müəyyənləşdiriləcək. Qeyd edək ki, Qubaya gələn turistlər hazırda 4 turizm marşrutundan faydalana bilərlər. Bunlar Quba-Xınalıq, Quba-Afurca, Quba-Ləzə və Quba-Xanəgah istiqamətlərində olan marşrutlardır. Rayonda 36 istirahət mərkəzi fəaliyyət göstərir. Ötən illərə nisbətən istirahətə gələnlərə göstərilən xidmət növlərinin sayı və keyfiyyəti artırılıb. Quba Turizm İnformasiya Mərkəzi tərəfindən turistlərə ödəniş əsasında nəqliyyat vasitəsi və bələdçi təqdim olunur. Bunlar turizm sektorunda sahibkarlığın inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu göstərir.

Tarix
7 Oktyabr 2015 [18:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin