Ana səhifə
19 Sentyabr 2018

Balacalar üçün yeni tamaşa

Yeni mövsümünə uğurla start verən A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir tamaşanın məşqləri gedir. Tetrın mətbuat xidmətindən verilən xəbərə görə, balacaların sevimli məkanında bu dəfə klassik nağıl qəhrəmanlarının iştirakı ilə bir nümunə ərsəyə gətirilir.
Teatrın baş rejissoru Qurban Məsimovun hazırladığı “Tilsimli meşə” adlı nağıl-tamaşa kuklalarının rəngarəngliyi və say çoxluğu ilə də seçiləcək. Əsasən Məhəmməd və Xəlil adlı iki qardaşın macəralarını, qəhrəmanlıq və sehr dolu aləmdəki mənfi qüvvələrlə mübarizəsini əks etdirən tamaşa uşaqlara mərdlik, cəsarət, əzmkarlıq və mübarizlik kimi hisslər aşılayır. Tamaşa müəllifinin sözlərinə görə,  öz cəsarətini nümayiş etdirmək istəyən iki qardaş uşaqlıqdan qorxulu sehrləri ilə hər kəsi vahiməyə salan tilsimli meşəyə gedib, orada əsir saxlanılan  padşahın qızını xilas etməyə çalışırlar. Anasının və ətrafdakıların etirazlarına rəğmən o meşəyə gedən və ifritələr, sehr dolu cadugərlərlə mübarizə aparan qardaşlar əzmləri, qorxmazlıq və fəndgirlikləri sayəsində bütün girovları, eləcə də padşahın qızını xilas edib qəhrəman kimi öz  evlərinə dönürlər. Sonradan xilas olanlardan  birinin də qonşu ölkənin hökmdarının qızı olması anlaşılır və iki qardaş iki şahzadə ilə ailə qurub nağılın xoşbəxt sonluğuna nail olurlar. Zəngin səhnə tərtibatlı birhissəli  kukla tamaşasından 17-dək kukladan istifadə olunur. Rejissor  bu tamaşa ilə uşaqları  az qala unudulmaqda olan, müasir vizual effektlər sayəsində  zamanla sıradan çıxan sehr dünyasına, illər öncənin uşaqlarının inandığı nağıl qəhrəmanları ilə tanışlığa, əsl nağıl aləminə, sehr dünyasına səyahətə dəvət edir.  Teatrın baş rəssamı İqbal Əliyevin quruluşçu rəssamı olduğu tamaşanın musiqi tərtibatı da dünyaca məşhur klassik musiqilərdən seçmələrlə  tərtib olunub. Tamaşada əsas rolları teatrın  gənc aktyorları Elnur Xəlilov, Cavid Telman, Nərmin Nəbiyeva, Sona Quliyeva,  Aygül Ağayeva və İlahə İmanova ifa edirlər. Döşəmə kuklaların istifadə olunduğu yeni səhnə işi oktyabrın sonlarında balaca tamaşaçıların ixtiyarına veriləcək.

Tarix
7 Oktyabr 2015 [15:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin