Ana səhifə
22 Noyabr 2018

Musiqili Teatrın yeni saytı hazırlanır

 

Yaxın günlərdə Azərbaycan Dövlət Musiqili Teatrının yeni saytı istifadəyə veriləcək. Qurumun mətbuat xidmətindən verilən xəbərə görə, hal-hazırda Dövlət Musiqili Teatrının www.statemusicaltheatre.az saytı fəaliyyət göstərir. 106-cı mövsümün başlanması ərəfəsində isə teatr rəhbərliyi yeni saytın yaradılmasıyla bağlı qərar verib. “Yeni saytın yaradılmasını şərtləndirən əsas səbəblərdən biri də bir sıra texnoloji yenilikləri tətbiq və istifadə etmək istəyidir. Yeni saytımızı hazırlayan yaradıcı və texniki heyyət qabaqcıl dünya teatrlarının bu sahədəki təcrübəsindən maksimum yararlanmağa çalşır. İnanıram ki, ortaya yaxşı bir iş çıxacaq. Artıq tamamlanma işləri gedir. Yəqin ki, növbəti həftə üçün yeni saytımız hazır olacaq”, - deyə Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib.

Tarix
7 Oktyabr 2015 [14:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin