Ana səhifə
19 Sentyabr 2018

Sahibkarlığın və özəl sektorun inkişafına daim dəstək verilir

Ölkə iqtisadiyyatının bütün sahələri üzrə müvafiq dövlət proqramları həyata keçirilir

«Azərbaycan dövləti ölkədə sahibkarlığın və özəl sektorun inkişafına daim dəstək verməkdədir». Bu fikri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib. V.Əhmədov bildirib ki, hazırda ölkə iqtisadiyyatının bütün sahələri üzrə müvafiq dövlət proqramları həyata keçirilir. Onun sözlərinə görə, özəl sektorun dəstəklənməsinə xidmət edən Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara indiyədək 2 milyard manatadək yardım göstərilib.
«Bu isə yeni sənaye və istehsal müəssisələrinin yaranmasına, 130 mindən çox yeni iş yerinin yaradılmasına səbəb olub. Azərbaycan Prezident İlham Əliyev də özəl sektorun və sahibkarlığın inkişafına birbaşa dəstək verir, bu istiqamətdə siyasi iradə nümayiş etdirir. Dövlət başçısının göstəriş və tapşırıqlarına uyğun olaraq, bu sahənin inkişafına mane olan amillərin aradan qaldırılması məsələsinə ciddi önəm verilir. Ölkə Prezidentinin müxtəlif vaxtlarda bu mövzuda çıxışlar etməsi, müvafiq fərman və sərəncamlar imzalaması da sahibkarlığın inkişafına əngəl törədən amillərin, xüsusən də qanunsuz müdaxilələrin aradan qaldırılmasına səbəb olub. Bununla bağlı parlamentdə də müvafiq qanun layihəsi qəbul edilib. İndinin özündə də sahibkarlığın inkişafı üçün dövlət tərəfindən humanist addımlar atılmaqdadır. Torpaq vergisindən başqa, kənd təsərrüfatı işçiləri bütün digər vergilərdən azaddırlar. Bütün bunlar göstərir ki, Azərbaycanda sahibkarlığın inkişafına böyük diqqət var»- deyə, komitə üzvü qeyd edib.
Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev isə bildirib ki, sahibkarlığın inkişafı üçün daha sürətli addımlar atılacaq:« Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə ölkə prezidenti  qeyd etdi ki,  Sahibkarlığın daha sürətli inkişafı üçün  addımlar atılacaq. Sevindirici haldır ki, əvvəlki dövrdə başlanmış və hazırda davam edən layihələr öz bəhrəsini verir, qeyri-neft potensialımız daha da artır, Sahibkarlığın inkişafı üçün bütün imkanlar vardır». Onun sözlərinə görə, dövlət başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan -2020: gələcəyə baxış” inkişaf konsepsiyası ölkəmizin əldə etdiyi nailiyyətlərin növbəti illərdə daha da möhkəmlənməsini,  qeyri neft sektoru hesabına ümumi daxili məhsulun 2 dəfə artırılması nəzərdə tutulur. «Qarşıda duran hədəflərə nail olunması ücün Azərbaycan Sahibkarlar Konfederasiyası müvafiq tədbirlərin görülməsini nəzərdə tutulub. Nəzərdə tutulan strateji hədəflərə catmaq üçün konkret icra mexanizmləri və maliyyə resursları olmaqla yanaşı  əlbəttə ki, peşəkarlıq da tələb olunur. Ardıcıl olaraq bu amillərə doğru gediş istənilən məsələni həll etməyə bizə imkan vərəcəkdir.Nəzərə almalıyıq ki, özəl sektor  kecən dövr ərzində artıq dayanıqlı, güclü bir sektora cevrilib  və görüləcək tədbirlər nəticəsində daha da güclənəcək, Azərbaycanın iqtisadi baxımdan daha da güclü ölkəyə çevirilməsində öz sözünü deyəcəkdir»,- o deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı" da kənd təsərrüfatının bir istiqaməti olan üzümçülük və şərabçılığın kompleks inkişafına yönəlib və sahibkarlar ücün bu istiqamətdə yol açılıb. «
Hazırda ölkədə kənd təsərrüfatının inkişafı üçün çox ciddi tədbirlər görülür, islahatlar aparılır. Torpaqların elektron uçotu, qeydiyyatı indiki mərhələ üçün çox önəmli məsələlərdən biri hesab olunur. 2015-ci ilin Prezident İlham Əliyevin Sərəncamı ilə “Kənd Təsərrüfatı ili” elan edilməsi bir sıra dövlət qurumları, həmçinin Kənd Təsərrüfatı Nazirliyi, o cümlədən Azərbaycan Sahibkarlar Konfederasiyası qarşısında bir neçə ciddi vəzifələr qoyub. Kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin artırılması, yeni emal müəssisələrinin yaradılması bu sahədə çalışan sahibkarlara dövlət tərəfindən xüsusi köməyin göstərilməsi bu qəbildən olan tədbirlərdəndir»,- o deyib.
Son illərdə kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadənin səmərəliliyinin artırılması məqsədi ilə su anbarlarının və yeni sututarların yaradılması, eləcə də suvarma sistemlərinin gücləndirilməsi ilə bağlı görülən məqsədyönlü tədbirlər sahibkarlar tərəfindən müsbət qarşıladığını bildirən Məmməd Musayev deyib ki, artıq kənd təsərrüfatı sahəsində yeni hədəflərə nail olmaq məqsədilə Azərbaycan Sahibkarlar Konfederasiyası və Kənd Təsərrüfatı Nazirliyi ilə yeni əməkdaşlıq müqaviləsinin imzalanması nəzərdə tutur. «Bağlanacaq müqaviləyə əsasən ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, baytarlıq, bitki mühafizəsi və karantini, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlət siyasətinin işlənib hazırlanmasında və həyata keçirilməsində əməkdaşlıq etmək kimi vəzifələr qarşıya qoyulacaq. Yaxın gələcəkdə dövlətin sosial-iqtisadi siyasəti iqtisadi inkişafın dayanıqlılığının istehsalatın modernləşdirilməsi və rəqabət qabiliyyətinin artırılması, innovasiya fəallığının və insan kapitalına investisiyaların stimullaşdırılması, kənd təsərrüfatı sahəsində calışan insanların sosial müdafiəsinin gücləndirilməsi, yeni iş yerlərinin yaradılması ilə bağlı birgə əməkdaşlıq münasibətlərinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Sahibkarlar Konfederasiyası Kənd Təsərrüfatı Nazırliyi ilə əməkdaşlığı genişləndirməyi planlaşdırır. Onu da qeyd edim ki, ASK-nın  tərkibində “Aqrar inkişaf və ailə kəndli təsərrüfatları ilə iş komissiyası” fəaliyyət göstərir». 
Konfederasiya sədri bildirib ki, qadın sahibkarlığın inkişaf etdirilməsi, texniki peşə təhsilinin daha da yaxşılaşdırılması, ixraca dəstək verilməsi sahəsində təkliflərimiz var. «Dövlətlə özəl sektor arasında yeni, çox sağlam münasibətlər formalaşır. Artıq sahibkarlar bunu yaxşı bilir ki, dövlət siyasətinin icrası nəticəsində sahibkarlar üçün yeni imkanlar yaranır. Cənab prezident yeni müəssisələrin açılışında şəxsən iştirak edərək, onlarda böyük ruh yüksəkliyi yaradır. Bu da gələcəkdə daha yaxşı işləmək əzmini artırır. Çalışacağıq ki, ildə bir günün sahibkarlar günü kimi təsis edilməsi üçün hökumət qarşısında təkliflə çıxış edək. Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq ölkədə özəl sektorun inkişafına dəstək olacaq yeni təşəbbüslərlə çıxış edəcəyik.Təbii ki, Konfederasiya öz fəaliyyətini daha da canlandırmalı, müasir dövrün tələbləri ilə uyğunlaşan iş ahənginə malik olmalıdır. Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafı da əsas fəaliyyət istiqamətlərindəndir, Bu, istər qanunvericilik aktlarının təkmilləşdirilməsi, istər sahibkarlıq subyektlərinin problemlərinin öyrənilib əlaqədar təşkilatlar tərəfindən onların həllinə nail olunması, istərsə də sahibkarların maarifləndirilməsi işinin  daha da dərinləşdirilməsi ilə bağlıdır.
Biz Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq Prezident İlham Əliyevin apardığı iqtisadi siyasəti dəstəkləyir, ölkənin dinamik inkişafına yönəlmiş bütün tədbirlərin həyata keçirilməsi prosesində yaxından iştirak etməklə öz tövhəmizi verməyə hazırıq»,- o deyib.

 

Tarix
6 Oktyabr 2015 [18:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin