Ana səhifə
21 Sentyabr 2018

Polşalı nazir Bakıya gələcək

Polşa Respublikasının kənd təsərrüfatı və kəndin inkişafı naziri Marek Savitski noyabrın 3-4-də Azərbaycanda səfərdə olacaq.
 

Ucnoqta.az xəbər verir ki, Polşanın Azərbaycandakı səfirliyindən AzərTAc -a bildiriblər ki, Polşa nazirini baytarlıq və fitosanitariya inspeksiyalarının rəhbərləri, habelə Polşanın aqrar-sənaye sahəsi istehsalçıları qruplarının nümayəndələri müşayiət edəcəklər.
Marek Savitski kənd təsərrüfatı naziri Heydər Əsədov, Azərbaycanın aqrar-sənaye kompleksinin nümayəndələri ilə görüşəcək. Polşa və Azərbaycan baytarlıq inspeksiyalarının rəhbərləri əməkdaşlıq imkanlarını müzakirə edəcəklər.
Polşa nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edərək, ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyacaq.
Son vaxtlar Polşa Avropa İttifaqının maliyyə imkanları hesabına Azərbaycanda həyata keçirilən iki tvinninq layihəsində iştirak edib. Birinci layihə heyvanların Aİ-nin digər ölkələrinə aparılması üçün onların eyniləşdirilməsi, ikinci layihə isə Azərbaycanın kənd təsərrüfatı və digər torpaqlarının eroziyasına qarşı mübarizə ilə bağlıdır.
Kənd təsərrüfatı və yeyinti sənayesi Polşa iqtisadiyyatının ən əhəmiyyətli sahələrindən biridir. Təkcə 2013-cü ildə Polşa 20 milyard avro dəyərində kənd təsərrüfatı məhsulu ixrac edib.

Tarix
28 Oktyabr 2014 [16:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin