Ana səhifə
17 Avqust 2018

BDU əməkdaşları X Uluslararası Böyük Türk Dili Qurultayında iştirak ediblər

Bakı Dövlət Universitetinin filologiya fakültəsinin əməkdaşları Bilkənd Universitetinin təşkilatçılığı ilə Sarayevo Universitetində keçirilən X Uluslararası Böyük Türk Dili Qurultayında iştirak ediblər.  Müxtəlif  ölkələrdən 150-yə yaxın elm adamının qatıldığı qurultayda BDU-nu professor Zemfira Şahbazova, dosent Qızılgül Abdullayeva, “Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçisi, doktorant Pərvin Eyvazov təmsil ediblər.
BDU əməkdaşları plenar və bölmə iclaslarında məruzə edib, müzakirələrdə aktivlik göstəriblər. I Türkoloji Qurultayın 2016-cı ildə 90 illiyinin tamam olmasını bildirən iştirakçılar vaxtilə  onun I qurultayını Bakıda baş tutduğunu qeyd edərək XI Uluslararası Böyük Türk Dili Qurultayının da ölkəmizdə keçirilməsi təklifini irəli sürüblər.
Daha sonra qurultay iştirakçılarının şərəfinə Türkiyənin Bosniya-Hersoqovinadakı səfirliyində ziyafət təşkil olunub. BDU əməkdaşları bu ölkədəki konsulluğumuzu ziyarət edib, tarixi-memarlıq abidələri ilə yaxından tanış olublar.

 

Emin

Tarix
6 Oktyabr 2015 [16:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin