Ana səhifə
26 Sentyabr 2018

Ermənilər pulla “Qarabağ vətəndaşlığı” alır

Asim Mollazadə: “Azərbaycan belə “oyunların” qarşısını almq üçün bütün beynəlxalq hüquq normalarından istifadə etməlidir”

Qabil Hüseynli: «Bu kimi siyasi avantüranı gerçəkləşdirmək mümkün olmayacaq»

 

"Ucnoqta.az" xəbər verir ki, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti və torpaqlarımızın qeyri-qanuni ilhaqı prosesi davam edir. Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərini erməniləşdirmək üçün tarixi abidələrimizi saxtalaşdırmaqla yanaşı öz çirkin niyyətlərini müxtəlif vasitələrlə gerçəkləşdirməyə çalışır. Belə ki, onlar vaxtilə Qarabağda, hazırda isə Rusiyada yaşayan vətəndaşlarına  “Dağlıq Qarabağ” pasportlarını paylamaqla “qarabağlı vətəndaşlarının” sayını artırmaq istəyirlər. İşağal altında qalan ərazilərimizdə cinayətkarların törətdiyi əməllər təbii olaraq növbədi cinayət faktları kimi dəyərləndirilir. Lakin belə “sənədləşmələrin” xarici ölkələrdə təbliğ olunduğunu nəzərə alsaq buna heç də adi oyun kimi yanaşmaq olmaz. Bu növbəti erməni həyasızlığı və ərazi bütövlüyümüzə qarşı növbəti təxribatdır.

Qeyd edək ki, Vesti.az saytı araşdırıb ki, Moskvada 800 dollara Dağlıq Qarabağ vətəndaşlığı satılır. Araşdırma zamanı bəlli olub ki, Arzanqulyan Emin Benyaminoviçin adına verilmiş pasportun ölkə qrafasında Dağlıq Qarabağ göstərilib. Adıçəkilən şəxsin 1973-ü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni rayonunda doğulduğu, hazırda isə Moskvada yaşadığı bildirilir. Artıq Azərbaycan Xarici İşlər Nazirliyi məsələnin araşdırılması ilə bağlı Azərbaycanın Moskvdakl səfirliyinə təlimat verib.

Millət vəkili Asim Mollazadə ermənilərə “Dağlıq Qarabağ” pasportunun paylanmasını Azərbaycana qarşı aparılan qərəzli oyun hesab etdi. Onun sözlərinə görə, Azərbaycana qarşı belə oyunlar olub və indi də davam edir. “Bu gün beynəlxalq ictimaiyyət Ermənistanın cinayətlərinə müvafiq sanksiyalar tətbiq etmir. Ermənistanın arxasında dayanan qüvvələrin bu “oyunu” regionla bağlı aparılan siyasətin məntiqi nəticəsidir. Azərbaycan belə “oyunların” qarşısını almq üçün bütün beynəlxalq hüquq normalarından istifadə etməlidir”.  

Politoloq Qabil Hüseynli isə bildirdi ki, Kreml Gürcüstanın işğal edilmiş bölgələrində - Abxaziya və Cənubi Osetiyada apardığı “pasport” siyasətini indi də Qrabağda həyata keçirmək istəyir. “Amma bura Abxaziya və Cənubi Osetiya deyil. Qarabağda rus pasportu keçə bilməz. Çünki Qarabağ Azərbaycanın tərkib hissəsi olmaqla yanaşı, beynəlxalq ictimaiyyətin də nəzarəti altındadır. Pasport məsələsini ortaya atıb “Qarabağın hansısa başqa bir ölkəyə aid olması” kimi siyasi avantüranı gerçəkləşdirmək mümkün olmayacaq. Ona görə də bu prosesin perspektivinə inanmıram”.

Politoloqun sözlərinə görə, bu  cür pasportlar Moskva və onun qondarma respublika rəhbərliyinin səyi nəticəsində yayılır. “Ermənilərə Dağlıq Qarabağ pasportunun paylanması erməni və rus ekspansiyanizminin yeni bir hiyləsidir. Eyni zamanda bu, beynəlxalq aləmdə ajiotaj yaratmasın deyə bu işi gizli aparırlar”.  

Politoloq bildirdi ki, Minsk qrupunun həmsədri olan bu ölkə bir yandan Qarabağ danışıqlarında iştirak etsə də, bigər bir yandan belə addımları ilə danışıqlar prosesini pozamağa çalşır.  Q.Hüseynli hesab edir ki, hazırki geosiyasi durumda erməni əhalisinə Qarabağ pasportlarının verilməsi onların arzu etdikləri nəticəni verməsə də, istər -istəməz öz “izini” buraxa bilər. Onun sözlərinə görə, Azərbaycan abidələrinin dəyişdirilərək erməniləşdirilməsi təkcə Dağlıq Qarabağda yox, digər işağal edilmiş Azərbaycan ərazilərdə də davam edir. Onun sözlərinə görə, ermənilərin zaman-zaman Azərbaycan toponimlərini dəyişdirməklə özlərinə saxta tarix yaratmaları faktdır. Politoloq bunu “posport” siyasətindən daha qorxulu hesab etdi. “Ermənistan bununla Dağlıq Qarabağda daha sıx yerləşdiklərini göstərməyə, eyni zamanda Azərbaycan tərəfində də müəyyən ruh düşkünlüyü yaratmağa çalışırlar. Belə olan şəraitdə Azərbaycan tərəfi öz torpaqlarını hərbi yolla həll etməyə hazır olduğunu bəyan edirsə, beynəlxalq aləm burada qəbahətli bir şey axtarmamalıdır. Çünki Ermənistan tərəfi daim hiyləyə əl atır və prosesləri öz nəzarəti altında saxlamağa çalışırlar”.

Politoloq hesab edir ki, Paris görüşünün keçirildiyi bir vaxtda belə məsələlərin ortaya atılmasında Rusiyanın Azərbaycana təsir etmək elementləri özünü göstərir. Onun sözlərinə görə, bu gün Rusiya elə başa düşür ki, Dağlıq Qarabağ münaqişəsinin həllini onun inhisarından çıxarmağa çalışırlar. “Amma anlamalıdırlar ki, münaqişənin həlli ilə bağlı hər hansı nailiyyət əldə olunacaqsa, bu, hər üç dövlətin iştirakı ilə həyata keçiriləcəkdir. Bu nöqteyi - nəzərdən Rusiyanın qısqanclığı çox primitivdir. Eyni zamanda bu, rusların heç bir həddə sığmayan ambissiyalarla yaşadıqlarını sübut edir”.

 

Tahirə Qafarlı

 

 

 

Tarix
28 Oktyabr 2014 [16:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin