Ana səhifə
20 Sentyabr 2018

YAP qərar verdi

2014-cü ilin bələdiyyə seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) seçki kampaniyası artıq rəsmi start götürüb.

 

Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə partiyanın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, YAP-ın səlahiyyətli nümayəndələri Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilib. Növbəti seçki addımı bələdiyyələrə namizədlərin irəli sürülməsidir.
Yeni Azərbaycan Partiyası ölkədə bütün bələdiyyələrə öz namizədlərini irəli sürmək niyyətindədir. Bu isə 15 035 namizəd deməkdir.
YAP əminliklə ifadə edir ki, partiyanın bütün namizədləri, o cümlədən gənc və qadın namizədlər uğurlu seçki kampaniyası apara biləcək və bu dəfə də ölkə bələdiyyələrində sözügedən demoqrafik qrupların daha geniş şəkildə təmsil olunmasına layiqli töhfə verəcək.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası 2009-cu ilin bələdiyyə seçkiləri zamanı irəli sürdüyü namizədlər arasında gənclərin və qadınların sayının artırılması çağırışını növbəti bələdiyyə seçkilərində də davam etdirmək qərarına gəlib. O zaman YAP-ın uğurlu seçki kampaniyasını aparan gənc və qadın namizədlər bələdiyyələrə seçilərək 2009-cu ildə formalaşan bələdiyyələrin tərkibində gənclərin və qadınların təmsilçiliyinin əhəmiyyətli dərəcədə artmasına müsbət təsir göstərə bilmişdi. Ona görə də belə qərara alınıb ki, 2014-cü ildə bələdiyyələrə irəli sürülən namizədlər arasında gənclərin və qadınların sayı əvvəlki bələdiyyə seçkiləri ilə müqayisədə daha çox olsun. Yeni Azərbaycan Partiyası bələdiyyələri və bələdiyyə seçkilərini gənclərin və qadınların ictimai-siyasi fəallığını yüsksəltməyin mühüm şərti hesab edir.

Tarix
28 Oktyabr 2014 [16:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin