Ana səhifə
24 Sentyabr 2018

Toy təklifinə fərqli münasibət

Ədalət Şükürov: “Heç vaxt məhərrəmlik ayında toyda olmamışam”

 

Ayaz Qasımov: “11 ildir ki, bu sahədə çalışıram, amma iki-üç dəfə toy təklifi olub”

 

Oktyabrın 26-dan Məhərrəmlik ayı başlayıb. Şadlıq evlərinin əksəriyyəti bu ay ərzində öz fəaliyyətlərini dayandırıblar. Bəs, çörək pullarını, qazanclarını toylarda oxumaqdan çıxaran müğənnilər toy təklifi gələrsə, həmin təklifi qəbul edərlərmi?

 

                           Vasif Məhərrəmli

 

Bu haqda “Üç nöqtə”yə danışan müğənni Vasif Məhərrəmli dedi ki, təklifə həmin an «yox» və «hə» demək çətindir: “Təklif gələn zaman dərhal cavab vermək çətindir. Düşündükdən sonra bu barədə dəqiq cavab verə bilərəm. Məhərrəmlik ayında yəhudi toyları var. Müğənnilər bu toylar gedirlər. Hamının toyu da var, yası da. Məsələn, biri super marketin sahibidir.  Ailəsində bir faciə baş verdikdə marketi bağlı saxlayacaq ki... Super market onun işçiləri  tərəfindən idarə ediləcək. Bütün sahələrdə vəziyyət belədir. Allah hamıya toy qismət eləsin. Sabah məni yəhudi toyuna çağırsınlar ora getməməliyəm?  Getməyib, o ruzimdən imtina etməyim nə qədər doğrudur? Amma Məhərrəmlik ayında qətl sınan günü toya getmək olmaz”.

Vasif Məhərrəmli onu da dedi ki, torpaqlarımızın işğal olunan günü, millətin faciəli günlərində toylara getmək günahdı: “ Yanvarın 20-də, fevralın 26-da, martın 31-də toya bir Azərbaycan balası, vətənini sevən bir insan olaraq gemərəm. Bu günlər toyda olmusansa, vətən xainisən, vətəni sevməyən adamsan”.

 

                  Ədalət Şükürov

 

Müğənni Ədalət Şükürov isə məhərrəmlik ayında toya getmədiyini dedi: “Birincisi Məhərrəmlik ayında məni toya dəvət etməyiblər. İkincisi də elə adamlar var ki, toy mərasimi keçirir. Bu onların öz işidi. Və elə bir qanun da yoxdur ki, bu ayda toy etməyə qadağa qoysun. Mən eşitməmişəm. İnsanların özləri qərar verirlər.  Bildirim ki, heç vaxt Məhərrəmlik ayında toyda olmamışam.  Şəxsən Ədalət Şükürovun dekabrın 25-dək toyu yoxdu. Ad günü, banketlər, hansısa tədbirlər var. Amma toylar yoxdur”.

 

                   Ayaz Qasımov

 

Müğənni Ayaz Qasımov isə dedi ki, Məhərrəmlik ayında toy təklifini qəbul etməyib: “Məhərrəmlikdə toy olmur axı. 11 ildir ki, bu sahədəyəm, amma iki-üç dəfə toya təklif gəlib.  Amma getməmişəm. Bundan sonra da bu aydə toya təklif gələrsə, yenə də qəbul etmərəm”.

 

                   Eldar Qasımov 

 

Müğənni Eldar Qasımov da bu ayda toya getməyi pis qarşılayanlardan biridir: “Məhərrəmlik ayında toylara getməyi pis qarşılayıram. Çünki bu ayı daxili dünyamda matəm ayı kimi qəbul edirəm.  Bu ayda toya, konsertə və.s getmək düzgün olmaz. Düşünürəm ki, toy təklifi gələrsə, ondan imtina edərdim. Elə bir təklif də almamışam”.

 

                             Aşıq Zülfiyyə

 

Aşıq Zülfiyyə isə bildirdi ki, Məhərrəmlik ayında müalicəyə görə başqa ölkəyə gedəcək: “Vallah indi desəm ki, pis baxıram, deyəcəklər nə olub.. özü ifaçı deyil deyə bu cür danışır. Desəm ki, yaxşı baxıram deyəcəklər ki, xeyrindən qalmaq istəmir. Ona görə bu suala cavab vermək istəmirəm”.

 

 

Rəqsanə

Tarix
28 Oktyabr 2014 [16:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin