Ana səhifə
17 Noyabr 2018

İcra başçısının evi mühasirəyə alındı – Son dəqiqə

Dağıstan Prezident Administrasiyasının rəhbəri Ramazan Əliyev Dərbənd rayonuna səfər edib.

 

Ucnoqta.az xəbər verir ki, bu barədə  axar.az-a Dərbənddəki mənbələrdən məlumat daxil olub.

 

Məlumatda Ramazan Əliyevin hazırda Dərbənd Rayon Administrasiyasının binasında olduğu və rayon rəhbərliyi vəzifəsini müvəqqəti icra edən Əli Xazbulatovun istefa verməsi haqqında ərizəsini yazmağı tələb etdiyi bildirilib. Mənbə bu dəqiqələrdə Dərbənddə rayon administrasiyasının qarşısına Qurban Qurbanovun tərəfdarlarının Əli Xazbulatova dəstək olmaq üçün toplaşdığı deyilib. Hazırkı sədrin vəzifəsini tərk edəcəyi təqdirdə bütün səlahiyyətlərin Qurban Qurbanovun digər köməkçisi Sultan Sultanova veriləcəyi söylənilib.

 

Mənbə həmçinin hazırda Qurban Qurbanovun evinin qarşısında içi maskalı şəxslərlə dolu “Niva” markalı avtomobilin dayandığını bildirib. Onların Qurban Qurbanovu daimi nəzarətdə saxladığı qeyd edilib. Bəzi şəxslər müşahidə aparanların Prezident Ramazan Abdullatipovun şəxsi mühafizəçiləri olduğunu söyləyiblər. 

 

Tarix
28 Oktyabr 2014 [15:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin