Ana səhifə
14 Noyabr 2018

Kalmık Milli Dram Teatrı ölkəmizə gəlir

Oktyabr ayının 9-dan – 11-dək Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrı teatrımızın qonağı olacaq. Teatrın mətbuat xidmətindən verilən xəbərə görə, iki teatr rəhbərliyi arasında imzalanmış qarşılıqlı yaradıcılıq müqaviləsinə əsasən teatrın yaradıcı heyəti A.S.Puşkinin “Золотая рыбка” (“Qızıl balıq”) və Ə.Əmirlinin “Любящая женщина” (“Sevən qadın”) tamaşaları ilə çıxış edəcək. Səhnələşdirəni və quruluşçu rejissoru Yelena İvanova olan “Золотая рыбка” tamaşasının quruluşçu rəssamı Saqlara Çulkayevadır. Səhnə əsərində Kalmıkiya Respublikasının Əməkdar Artisti Sandji Pursyakov, aktyorlar Marina Kikeyeva, Baatr Sandjiyev, Elza Bembeyeva iştirak edirlər. “Любящая женщина” tamaşasının quruluşçu rejissoru Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Saqlar Çulkayevdır. Tamaşada Kalmık Milli Dram Teatrının aparıcı aktyorları Kalmıkiya Respublikasının Əməkdar Artisti Sandji Pursyakov, aktyorlar Marina Kikeyeva, Tanya Zarayeva, Saqlara Qoydıkova çıxış edəcəklər. Məlumat üçün bildirək ki, “Золотая рыбка” tamaşası oktyabr ayının 9-da saat 12.00; 14.00; 16.00-da, oktyabr ayının 10-da saat 10.00; 12.00; 14.00; 16.00; 18.00-da, oktyabrın 11-də saat 10.00; 12.00 və 14.00-da, “Любящая женщина” tamaşası oktyabr ayının 11-də saat 19.00-da nümayiş etdiriləcək. 

 

Tarix
2 Oktyabr 2015 [13:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin