Ana səhifə
26 Sentyabr 2018

ARDNŞ maarifləndirici tədbir keçirib

ARDNŞ-nin “Tullantıların İdarə Olunması Planı”nın (TİOP) icrası ilə əlaqədar idarə və müəssisələrin istehsalat sahələrində işçilərin maarifləndirilməsi məqsədi ilə tullantıların idarə olunması mövzusunda təqdimat və aksiyaların keçirilməsi davam edir.

 

Ucnoqta.az şirkətin saytına istinadən bildirir ki, 23 sentyabr, 16 və 22 oktyabr tarixlərində Ekologiya İdarəsinin Ekoloji ölçmə və tullantıların idarə olunması Departamentinin mütəxəssisləri tərəfindən “Azneft” İB-nin H.Z.Tağıyev adına NQÇİ, Dalma qurğularının təmiri və kirayəsi üzrə eksperimental istehsalat müəssisəsinin və Qaz anbarları istismarı idarəsinin əməkdaşları üçün tullantıların idarə olunması üzrə təqdimatlar keçirilmişdir. Maarifləndirici tədbirlər Bazel Konvensiyasının müddəalarına uyğun olaraq tullantıların risk dərəcəsinə görə təsnifatı, təhlükəlilik dərəcəsi, tullantıların daşınmasına nəzarət, müvəqqəti saxlanması qaydaları və digər mövzuları əhatə etmişdir. İstehsalat sahələrində formalaşan tullantıların emalı, zərərsizləşdirilməsi və utilizə edilməsi üçün dünyada tətbiq olunan texnologiyalar, qurğu və avadanlıqlar barədə geniş məlumat verilmişdir. Müasir dövrdə enerji və xammal mənbələri hesab edildiyindən tullantıların növlər üzrə çeşidlənməsi və təkrar emalı sahəsində ARDNŞ-də, eləcə də respublikamızın digər idarə və şirkətlərində aparılan işlər barədə ətraflı söz açılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.                               

 

Tarix
28 Oktyabr 2014 [15:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin