Ana səhifə
19 Sentyabr 2018

Azərbaycan sahibkarlığı özünün inkişaf dövrünü yaşayır

Sahibakarlıq fəaliyyətinin artırılması kimi vacib istiqamətdə də  əməli işlər görülür

İqtisadiyyatın  hərtərəfli inkişafının təmin edilməsi, o cümlədən yüksək texnologiyalar əsasında sənayenin dinamik şaxələndirilməsi, ölkədə rəqabətədavamlı sənaye məhsulları istehsalının daha da artırılması və regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, son illər ərzində aparılan islahatlar, irəli sürülən mühüm təşəbbüslər əyani şəkildə ölkənin dinamik inkişafına təkan verib. Belə ki, 2015-ci ilin  6 ayı ərzində iqtisadiyyat 5,7 faiz artıb. Qeyri-neft sektorunda 9,2 faiz, sənaye istehsalı isə təxminən 4 faiz artıb. Qeyri-neft sənayesinin 14 faizdən çox artması son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlərin nəticəsidir. Azərbaycanda əhalinin pul gəlirləri ənənəvi olaraq inflyasiyanı üstələyir və 6,2 faiz , kənd təsərrüfatı 7,3 faizdən çox artıb, bu isə  son illər ərzində ən yüksək artım tempi deməkdir.
Bu ilin 6 ayında ölkəmizdə 60 minə yaxın yeni iş yeri açılıb ki, onlardan 48 mini daimi iş yeridir. Azərbaycanda, ümumiyyətlə, son 12 il ərzində 1 milyon 400 min iş yeri açılıb ki, onlardan 1 milyonu daimi iş yeridir. Bunun hesabına Azərbaycanda işsizlik keçən ilin yekunlarına görə 5 faiz səviyyəsində olub.
Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidenti Məmməd Musayev bildirib ki, sahibkarlığın maliyyə təminatı yaxşılaşıb, güzəştli kreditlərin həcmi artıb, bu ilin 6 ayı ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2700 sahibkarlıq subyektinə 88.4 milyon manat güzəştli kredit verilib.
Onun sözlərinə görə, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının icrası davam etdirilib, quşçuluq, heyvandarlıq, taxılçılıq, üzümçülük təsərrüfatları, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması, emalı və satışı kompleksləri, aqroservislər yaradılıb, su təminatı və meliorativ tədbirlər görülüb, bir sıra ərzaq məhsulları üzrə daxili istehsal artıb, mövsümlə əlaqədar istehlak qiymətləri kəskin dəyişməmiş və bu sahədə sabitliyə nail olunub. «Həyata keçirilən tədbirlər, ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasında müəyyən olunan hədəflər bir daha göstərir ki, bütün sahələri əhatə edən irimiqyaslı tədbirlərin həyata keçirilməsi bundan sonra da ölkəmizin davamlı inkişafını, onun dünyada mövqeyinin daha da möhkəmlənməsini və xalqımızın sosial –iqtisadi vəziyyətinin davamlı olaraq yaxşılaşmasını təmin edəcəkdir.   
Ölkədə aparılan sosial – iqtisadi siyasətin strateji məqsədləri bazar münasibətlərinə və özünü inkişaf qabiliyyətinə malik olan sosial yönümlü, diversifikasiya olunub, milli iqtisadiyyatın formalaşdırılması və dünya təcrübəsinə inteqrasiyanın təmin edilməsidir. Həmçinin regionlarda mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, istehsal müəssisələrinin fəaliyyətinin bərpası və daha da genişləndirilməsi, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılması və sahibakarlıq fəaliyyətinin artırılması  kimi vacib istiqamətdə də  əməli işlər görülür»,- o deyib.
Məmməd Musayev bildirib ki, hazırda Azərbaycan sahibkarlığı  özünün  inkişaf dövrünü yaşayır və rəhbərlik etdiyi kofederasiya belə şəraitdə  ölkədə iş adamlarının maraqlarından cıxış edən və sahibkarlığın inkişafına dəstək verən ümumrespublika birliyidir: «O, özündə minlərlə sahibkarlıq subyektini, o cümlədən 70-ə qədər assosiasiya və birlikləri birləşdirir. Konfederasiya Baş Kollektiv Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə önəm verir. Biz yalnız sahibkarlara dəstək verməklə kifayətlənmir, müvafiq dövlət qurumları, həmkarlar ittifaqları ilə əməkdaşlıq çərçivəsində ölkədə əmək münasibətlərinin tənzimlənməsində fəal iştirak edirik. Eyni zamanda, əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik Azərbaycan hökuməti ilə əməkdaşlığın prioritet istiqamətlərindəndir. Hazırda Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması və ixrac potensialının artırılması məsələlərinə dövlət başçısı daha çox diqqət yetirir. Bu məqsədlə xaricdəki səfirliklərimiz, xarici dövlətlərin və beynəlxalq təşkilatların ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri ilə geniş iş aparılır». Onun sözlərinə görə, Azərbaycanın dünya bazarına ixrac olunan məhsullarına böyük maraq var. «Ona görə də ölkədə istehsal edilən məhsulların rəqabət qabiliyyətinin artırılması və dünya miqyasında brendə çevrilməsi üçün iri investisiyaların ayrılmasına ciddi ehtiyac duyulur və bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir»,- o deyib. Məmməd Musayev bildirib ki, bu işlərin görülməsi ücün digər tədbirlərlə yanaşı işi günün tələbləri səviyyəsində qurmaq bacarığına malik olan kadrların hazırlanmasına ehtiyac var: «Özəl sektorun inkişaf etdirilməsi ücün yeni kadrların hazırlanması sahəsində əməkdaşlığın davam etdirilməsi məqsədilə Azərbaycan Sahibkarlar  Konfederasiyası Təhsil Nazirliyi ilə əməkdaşlıq edir. Ötən il imzalanmış Anlaşma memorandumu çərçivəsində mütəmadi müzakirələr aparılır. Cari il ərzində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Dövlət Sosial Müdafiə Fondu arasında əməkdaşlıq müqaviləsi də imzalanıb. Azərbaycan Sahibkarlar Konfederasiyası əvvəlki illərdə olduğu kimi, cari ildə də İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş tədbirlərdə, sərgilərdə, Vergilər Nazirliyinin keçirdiyi seminarlarda, Xarici ölkələrdən gəlmiş iş adamları ilə görüşlərdə, Azərbaycanın rayonlarında və iqtisadi zonalarında keçirilmiş konfrans və forumlarda, səfirliklərdə keçirilmiş qəbulda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi elmi-praktiki konfranslarda, hüquqi məsələlərin müzakirəsində, videokonfranslarda, məzun yarmarkalarında və digər görüşlərdə yaxından iştirak edib.ASK nəinki xarici ölkələrdə keçirilən, o cümlədən ölkədə keçirilən tədbirlərdə fəal iştirak edir. "Daşınar əmlaklara əsaslanan kreditləşmə" mövzusunda keçirilmiş konfrans, “Korporativ  Sosial Məsuliyyət: mövcud vəziyyət, problemlər və perspektivlər” adlı dəyirmi masa, “Yeni imkanlar yaradan çağırışlar”adlı seminar olduqca faydalı olub. Azərbaycan Sahibkarlar Konfederasiyası zamanın tələblərini nəzərə alaraq, gündəlik fəaliyyətini durmadan təkmilləşdirir, müasir biliklər təcrübəsindən, modern idarəçilik üsullarından real şəkildə bəhrələnməyə çalışır. Əmin olduğumu bildirirəm ki, bütün bunlar öz real bəhrəsini verəcəkdir»,- o deyib.
 Məmməd Musayevin sözlərinə görə, yüksək ixtisaslı mütəxəssislərin yetişməsi iqtisadiyyatın yeni sahələrinin  ölkəmizdə inkişafına təkan  verəcək ki. bunun sayəsində də xarici bazara rəqabət qabiliyyətli məhsular çıxara biləcəyik. Xarici ticarətdə qeyri-neft sektorunun payı da artacaq. Eyni zamanda görülən işlər ölkə əhzalisinin  tələbatının ödənilməsi istğiqamətində də idxaldan asılılığımızı minimuma  endirəcək.
(ardı var)

Tarix
1 Oktyabr 2015 [18:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin