Ana səhifə
19 Noyabr 2018

Millət vəkili prezidentdən kömək istədi

Millət vəkili Azay Quliyev ATƏT PA-nın payız sessiyasında çıxış edib

 

“Ermənistan - Azərbaycan münaqişəsinin həlli prosesində yaranmış hazırkı durğun vəziyyət regionda sülh və stabillik üçün çox təhlükəlidir. Ermənistan ordusunun işğal olunmuş torpaqlardan çıxarılması və Azərbaycan əhalisinin öz evlərinə geri dönmələri bu münaqişənin həlli üçün irəliyə addım olar. Bu cür hərəkət həmçinin Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları arasında etimad mühitinin yaranmasına kömək edəcək. Bu isə özlüyündə davamlı sülh yaratma istiqamətində çox önəmli elementdir”.

Ucnoqta.az-ın APA-ya istinadən məlumatına görə, bunu ATƏT Parlament Assambleyasının (PA) Cenevrədə keçirilən payız sessiyasındakı çıxışında millət vəkili Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, hazırda dörd mindən artıq azərbaycanlı Ermənistanın Azərbaycana təcavüzü nəticəsində itkin və əsir düşüb: “Onlardan 600-ə qədəri qadın və yaşlılardır. Burdan Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidentindən azərbaycanlı əsirlərin azad olunmasına kömək etmələrini xahiş edirəm”.

Tarix
5 Oktyabr 2014 [21:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin