Ana səhifə
17 Noyabr 2018

Xalq artistləri adlarından məhrum edilə bilərlərmi? - Nazir danışdı

“Azərbaycanda fəxri ad almış sənətkarlar bu adlardan məhrum edilə bilməzlər”. Bunu anspress-ə açıqlamasında Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev deyib. Onun sözlərinə görə, fəxri adları geri almaq mexanizmi haqqında düşünülməməlidir: "İnsanın daxili mədəniyyəti yüksək olmalıdır. Hər bir fəxri ada layiq görülmüş sənətkar Prezidentin sərəncamı ilə ona ad verildiyini nəzərə almalıdır. Fəxri ad daşıyan şəxs yaranmış problemi statusuna və səviyyəsinə uyğun həll etməlidir. Mən hesab edirəm ki, mədəniyyət işçiləri ziyalılardır. İnsanlar onlara baxaraq, həyat və düşüncə tərzini müəyyənləşdirməlidirlər. Onlar nümunəvi olmalıdır", - deyə nazir əlavə edib.

Qeyd edək ki, fəxri ad almış bir çox tanınmışların qeyri- etik hərəkətlər və dava- dalaşlarla gündəmə gəlməsi, cəmiyyətdə birmənalı qarşılanmır. son zamanlar adları "Xalq artisti" olan bəzi mədəniyyət sahəsinin nümayəndələri efirdə danışdıqları "mədəni" ifadələr ilə, nəinki, ölkə mədəniyyətini alçaldır, eyni zamanda, gələcək nəsillərin əxlaq və davranışlarına mənfi təsir göstərirlər.

Qeyd edək ki, "Xalq artisti" fəxri adı müstəsna dərəcədə dərin ideyalı və bədii cəhətdən yüksək ustalığa, görkəmli bədii obrazlar, tamaşalar, kinofilmlər və musiqi əsərləri yaratmağa, Azərbaycan incəsənətinin inkişafında kadrlar hazırlamaqda və tərbiyə etməkdə böyük xidmətlərinə görə verilir. "Əməkdar artist" fəxri adı mühüm bədii obrazlar, tamaşalar, kinofilmlər, musiqi əsərləri yaratmış teatr, kino, estrada, sirk, ansambl, kapella artistlərinə, rejissorlarına, orkestr və xor dirijorlarına, baletmeysterlərə, musiqi, xor, rəqs və digər kollektivlərin bədii rəhbərlərinə, musiqiçilərə, televiziya və radio verilişləri diktorlarına Azərbaycan incəsənətinin inkişafında xidmətlərinə görə verilir.

Fəxri adlarından məhrum olmamaq, əslində, həmin sənətkarların davranışının tənzimlənməsini mümkünsüz edir. Son vaxtlar bir birinin ünvanına sərt ittihamlarla çıxış edən səhnəmizin bəzi ulduzlarının özlərini idarə edə bilmədiyi aydın görsənsədə, tənzimləyici mexanizmin olmaması bu halların qarşısını almağa imkan vermir.

Tarix
1 Oktyabr 2015 [00:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin