Ana səhifə
24 Fevral 2018

BDU-nun kafedra müdirinin tərcüməsində “Fəallıqdan qorxma”

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyevin tərcüməsi ilə Facebook-un əməliyyat direktoru Şeril Sendberqin “Fəallıqdan qorxma qadın, iş və liderlik iradəsi” adlı kitabı işıq üzü görüb.  Kitabda qeyd edilir ki, biznes dünyası qadınlara indiyədək bilinməyən müəyyən qaydalar diktə edir. Zəka və iradə keyfiyyətlərini daha çox nümayiş etdirmək lazım deyil. Karyera pilləkənində öz ambisiyalarını və irəli getmək cəhdlərini göstərməyə dəyməz. Bundan başqa, qadınları öz şəxsi, daxili maneələri ləngidir. Qadınların nə üçün karyeralarını buraxmalarının, doğrudan da, yüzlərlə ciddi səbəbləri var. Onlar özlərinə inamlarının kifayət qədər olmamasına, özlərinə həddən artıq diqqət yetirmələrini istəmədiklərinə görə irəli gedə bilmirlər. Nəticədə bu gün dünyanın aparıcı şirkətlərinin rəhbərlərindən yalnız 4 faizi qadınlardır. Şeril Sendberqin biznes dünyasında ən nüfuzlu simalardan biri kimi özünün iş həyatında nə kimi əngəllərlə rastlaşdığından danışılan kitab qadının karyerada və biznesdə özünü göstərmək hüququnu nümayiş etdirənlərin hamısı üçün ruhlandırıcı manifest və mənbədir. Kitaba görə, ailədə münasibətlər bərabər tərəfdaşlıq əsasında qurulmalıdır. Əsər ailə ilə karyera arasında düzgün balans tapılması və qadınların irəli getməsinə mane olan qorxulara qarşı necə mübarizə aparılması haqqında əməli məsləhətlərlə doludur.
Şeril Sendberq Harvarddan bakalavr və MBA məzunudur. Facebook-un baş əməliyyat direktoru olana qədər Google-da veb-satış və beynəlxalq əməkdaşlıq üzrə vitse-prezident  və ABŞ Maliyyə Nazirliyinin aparat rəhbəri işləyib.  Əvvəllər McKinsey&Company-də məsləhətçi və Dünya Bankında tədqiqatlar üzrə assistent vəzifələrində çalışıb. Şeril, Facebook, TheWalt Disney Company, Women of Women Internationlly, Vday  və ONE kimi təşkilatların  direktorlar şuralarına və idarə heyətlərinin tərkibinə daxildir. Şeril həyat yoldaşı Deyv Qoldberq və iki uşağı ilə Şimali Kaliformiyada yaşayır.

 

Tarix
30 Sentyabr 2015 [17:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ