Ana səhifə
17 Noyabr 2018

Millət vəkilindən şok ittiham: "Mən bilirəmki bələdiyyələr artıq seçilib"

Millət vəkili Qalib Salahzadə “Bələdiyyələrin statusu” haqqında qanun layihəsinin müzakirəsi zamanı tənqidi fikirlər səsləndirib. 

 

"Ucnoqta.az" xəbər verir ki. o qeyd edib ki,  Mərkəzi Seçki Komissiyasının bələdiyyənin statusunu ləğv etmək səlahiyyəti yoxdur: “Ümumiyyətlə, nə qədər ki icra hakimiyyətləri bələdiyyələrə nəzarət edir, onların inkişafından söz gedə bilməz. Hazırda bələdiyyə seçkiləri yaxınlaşır. Bu saat mən bilirəm ki, Sabunçu rayonunda bələdiyyələr artıq seçilib, hamı bilir ki, kim sədr olacaq. 

 

Sonra da deyirlər ki, kadr yoxdu. Kadrlar var, amma işləməyə qoymurlar. Mən bir az cürətli danşdım, amma düz danışdım”.

 

Qeyd edək ki, bir müddət əvvəl də 27 saylı Sabunçu ikinci seçki dairəsinin deputatı Qalib Salahzadə rayondakı problemlərlə bağlı icra başçısı Adil Vəliyevi ittiham etmişdi.(Qafqazinfo.az)

 

Tarix
28 Oktyabr 2014 [14:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin