Ana səhifə
17 Noyabr 2018

«Özəl sektorun inkişafı iqtisadi siyasətinin prioritet istiqamətini təşkil edir»

 Əli Məsimli: “İnnovativ inkişaf sahəsində islahatlara ehtiyac var” 

Eldar İbrahimov: Sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətini təşkil edir

“Azərbaycanda neft hasilatı pik nöqtəyə çatandan sonra tədricən aşağı düşməyə başlayıb. Bu il həmin proses neftin qiymətinin də aşağı düşməsi ilə müşayət olunur. Azərbaycan iqtisadiyyatında neft amilinin rolu böyük olduğundan bu mənfi meyllər iqtisadi artım templərimizə də təsirsiz ötüşməyib”. Bu fikirləri İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli deyib. Millət vəkili qeyd edib ki, Azərbaycan hökuməti neftin qiymətinin aşağı düməsinin iqtisadiyyatımıza mənfi təsirini azaltmaqdan ötrü müxtəlif tədbirlər həyata keçirməkdədir: “Onların arasında neftdənkənar sahələrin sürətli inkişafının təmin edilməsi, israfçılğın aradan qaldırılması, dövlət maliyyəsindən qənaətlə istifadə edilməsi, nizam-intizamın yükəsldilməsi, etibarlı nəzarət mexanizminin yaradılması və sair bu kimi məsələlər xüsusi yer tutur. Həmin tədbirlər hesabına son vaxtlar iqtisadiyyatımızın neftdənkənar sahələrinin inkişaf tempi 8-9 faiz arasında dəyişir. Belə yüksək artım templəri neft sahəsindəki geriləmələri kompensasiya etməklə yanaşı, həm də ölkənin ÜDM-nin 6 faizə qədər artımını təmin edir ki, bu da dünyanın orta artım tempindən 2 dəfəyə yaxın, MDB-nin orta artım tempindən isə 2,7 dəfə sürətlə artım deməkdir. Artım templərinin belə yüksək olmasında neftdənkənar sahalərdə yeni istehsal sahələrinin yaradılması, sərmayə qoyuluşlarının davam etdirilməsi və digər bu kimi amillər xüsusi rol oynayır. Mәdәnçıxarma bölmәsindә mәhsul istehsalı 2,0 faiz azalmasına baxmayaraq, məhz həmin yeni sahələrin hesabına sәnayenin qeyri-neft sektorunda mәhsul istehsalı 15 faizə yaxın artıb, bu isə ümumilikdə sənayemizdə 3,5 faiz artımı təmin edə bilib. Kənd təsərrüfatında da artım sürəti yüksəlib. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ötәn ilin yanvar-iyul ayları ilә müqayisәdә bitkiçilik mәhsulları istehsalı 15,8 faiz, heyvandarlıq mәhsulları istehsalı 2,4 faiz, kәnd tәsәrrüfatının ümumi mәhsulu 8,9 faiz artıb".
Millət vəkili iqtisadi artım templərinə sərmayə qoyuluşunun da təsir göstərdiyini açıqlayıb: "2015-ci ilin yanvar-iyul aylarında әsas kapitala 9369 milyon manat mәblәğindә, yaxud ötәn ilin müvafiq dövrü ilә müqayisәdә 3,5 faiz çox vәsait yönәldilib. İstifadә olunmuş vәsaitin 6260 milyon manatı vә ya 67 faizə yaxını mәhsul istehsalı obyektlәrinin tikintisinә sәrf olunub. Bu da artımın templərinə yeni təkan verməklə müsbət təsir göstərir. Bütün bu prosesləri sürətləndirmək, effektini artırmaq və təsir dairəsini genişləndirməkdən ötrü cəmiyyət həyatının bütün sahələrində, xüsusən də insan inkişafı və innovativ inkişaf sahəsində sistemli və real nəticə verən islahatlara böyük ehtiyac var. Biz islahatları genişləndirib dərinləşdirməklə neft hasilatının və neftin qiymətinin aşağı düşməsi ilə yaranan şəraitə nəinki uyğunlaşmağı, həm də bu cür şəraitdə yaşamağı işləməyi və inkişaf edib tərəqqiyə nail olmalıyıq”.
Qeyd edək ki, qeyri-neft sektorunun irnkişafı onun ümumi daxili məhzsulda xüsusi çəkisinin artmasına səbəb olacaq. Gələn il qeyri-neft gəlirlərinin dövlət büdcəsində xüsusi çəkisi 46,5 faiz proqnozlaşdırılır. 2016-cı il dövlət büdcəsi layihəsinə görə, bu cari ilin proqnozundan 11,8 faiz-bənd, 2014-cü ilin faktiki göstəricilərindən 12,5 faiz-bənd çoxdur. Qeyd olunub ki, 2016-cı ildə qeyri-neft sektorunun inkişafının daha da stimullaşdırılması, bu istiqamətdə daxilolmaların artırılması üçün vergi öhdəliklərinin vaxtında və tam həcmdə yerinə yetirilməsi, bütövlükdə vergi və gömrük intizamının gücləndirilməsi əsas hədəflər sırasındadır.
"Sadələşdirilmiş vergi sisteminin tətbiq dairəsinin genişləndirilməsi və vergi ödəyicilərinə vergi ödənilməsi qaydaları üzrə seçim hüququnun verilməsi, iqtisadiyyatın müxtəlif sahələrinə vergi və gömrük ödənişləri üzrə tətbiq edilən vergi güzəştlərinə yenidən baxılması, onların məhdudlaşdırılması və ya ləğv edilməsi, gömrük tarifləri sisteminin daha azpilləli sistemə keçidinin təmin edilməsini növbəti illərdə də davam etdirmək prioritet vəzifələrdəndir",-sənəddə qeyd olunub.
Qeyd edək ki, gələn il dövlət büdcəsinin gəlirləri 14 566,0 mln. manat proqnozlaşdırılır.
Aydındır ki, bu istiqamətdə iş görülərkən ölkədə sahibkarlığın inkişaf etdirilməsi əsas prioritetlərdən biridir. «Sahibkarlığın, özəl sektorun inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətini təşkil edir. Respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur». Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib. E.İbrahimov bildirib ki, respublikamızda özəl bölmənin inkişaf etdirilməsi məqsədlə özəlləşdirmə həyata keçirilib, ayrıca proqramlar qəbul edilib, hüquqi- qanunvericilik bazası möhkəmləndirilib. «Bilirsiniz ki, respublikamızda sahibkarlığın inkişafının təşviq edilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu təsis edilib. Eyni zamanda, sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısını almaq və biznes mühitinin sağlamlaşdırılması üçün yeni hüquqi sənədlər qəbul edilib. Prezident İlham Əliyev Öz çıxışlarında dəfələrlə sahibkarlara dəstəyini ifadə edib, onların dövlətin himayəsində olduğunu nəzərə çatdırıb. Eyni zamanda, ölkəmizdə sahibkarlıq subyektlərinin fəaliyyətinin təşviq edilməsi, onların fəaliyyətinə qanunsuz müdaxilə hallarına qarşı mübarizənin gücləndirilməsi və şəffaflığın təmin olunması beynəlxalq reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilib. Qeydiyyat prosesinin asanlaşdırılması, vergi qanunvericiliyinin sadələşdirilməsi, investisiya mühitinin sağlamlaşdırılması nəticəsində Azərbaycan Dünya Bankı Qrupu tərəfindən açıqlanmış “Doing Business 2015” reytinq hesabatında 189 ölkə arasında 8 pillə irəliləyərək 80-ci yerdə qərarlaşıb ki, bu da kifayət qədər yaxşı göstəricidir»,-komitə sədri deyib. 
«Sosial-iqtisadi islahatlar nəticəsində ölkəmizdə sahibkarlıq fəaliyyətinin genişlənməsinə geniş imkanlar yaranıb». Bu fikri isə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyib. M.Musayev bildirib ki, dövlət dəstəyi nəticəsində özəl sektor yüksək səviyyədə  inkişaf edir. Onun sözlərinə görə, Azərbaycanda əlverişli biznes və investisiya mühiti formalaşıb.
Aparılan real nəticəsi olaraq ölkəmiz artıq investisiya ixrac edən ölkəyə çevrilib. Son illərdə Azərbaycanda yeni iş yerləri açılıb, sahibkarlara dövlət qayğısı artıb, əhalinin maddi rifah halı xeyli yaxşılaşıb» - deyə, M.Musayev qeyd edib.
Onun sözlərinə görə, sahibkarlara hər tərəfli dəstək var. Bu dəstəkdən biri də güzəştli kreditlərin verilməsidir. Xatırladaq ki, Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən 2015-ci ilin ötən dövründə ölkə üzrə 3 960-dək sahibkara 139,4 mln. manat  güzəştli kredit verilib, reallaşdırılan layihələr 8 600-dən çox yeni iş yerinin yaradılmasına imkan verəcək.
.

Tarix
29 Sentyabr 2015 [18:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin