Ana səhifə
18 Noyabr 2018

"AAAF Park" 2 azyaşlı uşağı olan ailəni küçədə qoyub - ŞİKAYƏT

Son zamanlar "AAAF Park" yaşayış kompleksi ilə bağlı şikayət xarakterli məlumatlar səngimək bilmir. Məlumatların əksəriyyəti şirkət rəhbərliyinin vətəndaşları aldatması və bu kimi xarakter daşıyır. 

 

Ucnoqta.azxəbər evrir ki, "AAAF Park"-ın növbəti "qurban"ı Aktual.az-a başına gətirilənlərdən danışıb. Vətəndaş Elmin Şirinov əməkdaşımızla söhbəti zamanı bildirib ki, "AAAF Park" 6 aydır onu aldadır:

 

"Bu ilin, yəni, 2014-cü il fevral ayının 2-də "AAAF Park" yaşayış kompleksinin VİP məhəlləsində yerləşən 9-cu binada mənzil üçün 35 000 AZN ilkin ödəniş etmişəm. Şirkətin kampaniyasına əsasən, qalan məbləğ 3 il ərzində ayda  278 AZN ödəmək şərti ilə razılaşdırılıb.

 

İndiyə qədər aylıq ödənişi vaxtında etmişəm. Mənə bildirdilər ki, bina bu ilin may ayında, ən geci isə, iyun ayında təhvil veriləcək. Artıq 6 aydır məni aldadırlar. Hazırda yoldaşım və iki azyaşlı övladımla kirayədə qalıram. Evin təmiri üçün saxladığm pulu da şirkətin məni aldatması səbəbindən kirayələrə xərcləmişəm. Aldığım maaşla isə ailəmi dolandırmağa çalışmışam.

 

Dəfələrlə "AAAF Park"-a müraciət etmişəm, hər dəfə” bu gün”, “sabah”- deyib məni aldadıblar. Deyirlər ki, Fövqəladə Hallar Nazirliyi binanın işini dayandırıb.Bizlik heç bir şey yoxdur.Mənim müqaviləm isə "AAAF Park"-ladır, FHN-lə yox. Qalmışam çıxılmaz vəziyyətdə".

 

Məsələ ilə bağlı "AAAF Park"-la əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmadı. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

 

Tarix
28 Oktyabr 2014 [14:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin