Ana səhifə
25 Sentyabr 2018

Şabran və ətraf rayonlardan olan 44 sahibkara güzəştli kredit verilib

Kreditin həcmi 1 milyon manat təşkil edib

Sahibkarlıq subyektlərinə maliyyə dəstəyi respublikanın bütün rayonlarında uğurla davam edir. Bu rayonlardan biri də Şabran rayonudur. Bu ilin avqust ayının 6-da Şabran rayonunda sahibkakrları növbəti güzəştli kreditlər verilib.  Qeyd edək ki, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Şabran rayonunun Rəhimli kəndində keçirib. Tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib. 80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Şabran rayonunda ixtisaslaşdırılmış “yaşıl market”in, intensiv bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının, çörək, şirniyyat və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
SKMF-nin icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, 2015-ci ilin ötən dövrü ərzində ölkə üzrə 3 470-dən çox sahibkara 128,5 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 7 900-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Onun sözlərinə görə, ümumilikdə, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 020-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 137 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, üzümçülük, intensiv bağçılıq, istixana təsərrüfatlarının, meyvə-tərəvəz emalı, quru meyvə, tara, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və başqa sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 10 400-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.
İşgüzar forum çərçivəsində Şabran və ətraf rayonlardan olan 44 sahibkara 1 mln. manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən heyvandarlıq, toxumçuluq, bağçılıq, əkinçilik, arıçılıq, logistik mərkəzin inşası və başqa sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 70-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Şabran rayonunun Gəndov kəndində güzəştli kreditlərdən istifadə etməklə tikilmiş logistika mərkəzi, üzümçülük təsərrüfatları və Dəvəçi kəndində salınmış meyvə bağına baxış keçirilib. 
 Ötən il isə  belə bir tədbir  Şabran rayonunun Şahnəzərli kəndində baş tutub. 70-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə Şabran rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan müasir çörək istehsalı müəssisəsinin, 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin, intensiv üzümçülük təsərrüfatlarının və plastik qapı-pəncərə istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Forum çərçivəsində Şabran və ətraf rayonlardan olan 43 sahibkar 808 min manat güzəştli kredit alıb. Verilən kreditlər əsasən, heyvandarlıq, üzümçülük, meyvəçilik, quşçuluq, və s. sahələrin inkişafına yönəldilib. 
Göründüyü kimi bu rayonda heyvandarlıq. quşçuluq və bitkiçiliyin inkişaf etdirilməsi həmişə prioritet sahə olub. 2015-ci ildə rayonda heyvandarlığın inkişafına dəstək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən iribuynuzlu heyvandarlıq sahəsi üçün 29,0 min manat və quşçuluq sahəsi üçün 15,0 min manat məbləğində güzəştli kreditlər verilib.işdir.  Rayonda fəaliyyət göstərən süni mayalama mütəxəssisləri tərəfindən 45 baş inək və düyə süni mayalandırılıb 12 baş sağlam bala alınıb. Son dövrdə rayonda arıçılığa maraq artıb.  2015-ci ilin məhsulu üçün 2014-cü ilin payızında aparılan hər hektar buğda səpininə görə kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına rayon üzrə 1697 istehsalçıya 187542 manat yardım verilib. Bundan əlavə Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli 270 nömrəli qərarı ilə təsdiq edilmiş “Aqrolizinq” ASC digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin dəyərinin orta hesabla 70 faiz güzəştlə satılması qaydalarına uyğun olaraq hesabat dövründə 168 nəfər məhsul istehsalçısına 144,4 min manat dəyərində 461,5 ton güzəştli şərtlərlə mineral gübrə satılıb. Elit toxumlarının bölgüsü zamanı rayonda fəaliyyət göstərən 1 özəl toxumçuluq təsərrüfatına güzəştli şərtlərlə 1 ton yonca toxumu ayrılıb. Kənd Təsərrüfatı Nazirliyinin Şabran rayon İdarəsinin inzibati-laboratoriya binasının tikintisi işləri davam etdirilir. “Aqrolizinq” ASC-nin müasir infrastruktura, ofis binasına, kənd təsərrüfatı texnikalarının saxlanması üçün meydançalara, gübrə anbarına və müasir avadanlıqlarla təchiz olunmuş təmir emalatxanasına malik Şabran rayon aqroservis filialı 56 ədəd, o cümlədən 11 ədəd taxılyığan kombayn, 14 ədəd traktor, 1 ədədekskavator və 30 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları ilə təchiz edilmiş və kənd təsərrüfatı məhsulları istehsalçılarına 20 addan çox aqrotexniki xidmət göstərilir. Bundan əlavə 238 ədəd, o cümlədən 8 ədəd taxılyığan kombayn, 79 ədəd traktor, 3 ədəd ekskavator və 148 ədəd traktora qoşulan kənd təsərrüfatı texnikaları hüquqi və fiziki şəxslərə lizinq qaydasında verilib. Şabran rayonu üzrə Dövlət Texniki Nəzarət Müfəttişliyində nəzərdə tutulmuş elektron xidmətlərin göstərilməsi üçün ilkin məlumatlar bazaya yerləşdirilib.
Hazırda regionlarda həm əhalinin içməli su ilə təminatı, həm də əkin sahələrinin suvarma sisteminin yenidən qurulması istiqamətində tədbirlər davam etdirilir. Kənd təsərrüfatı məhsulu istehsalını artırmaq üçün suvarma sisteminin günün tələbinə cavab verməsi də çox önəmlidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən infrastruktur layihələri arasında etibarlı su təchizatına nail olunması ilə bağlı reallaşdırılan layihələr xüsusi yer tutur. Ölkə Prezidenti mütəmadi olaraq dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrı-ayrı şəhərlərin su təchizatının yaxşılaşdırılmasına vəsait ayırır. Bundan başqa, Dövlət Neft Fondundan da su layihələrinin yerinə yetirilməsinə kifayət qədər irihəcmli maliyyə tranşları ayrılır. Bu layihələrdən biri də Şabran rayonu ərazisində inşa olunan Taxtakörpü su anbarıdır.
Taxtakörpü su anbarının istifadəyə verilməsi ilə əlaqədar layihə zonasında yerləşən rayonlarda yeni suvarılan torpaqların müəyyənləşdirilməsi ilə bağlı dövlətimizin başçısının verdiyi tapşırıqların icrasına əsasən aparılan araşdırmalar nəticəsində “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi zonasında 30 min 153 hektar, o cümlədən, Şabran rayonunda 13 min 678, Siyəzən rayonunda 7 min 962 və Xızı rayonunda 8 min 513 hektar yeni suvarılan torpaq sahələri müəyyən edilib.
Samur-Abşeron suvarma sistemi üzrə nəzərdə tutulan digər tədbirlərin də reallaşdırılması nəticəsində şimal bölgəsi rayonlarında 150 min hektara qədər torpaq sahəsinin su təminatı yaxşılaşdırılacaq və 31 min hektar sahədə yeni suvarılan torpaqlar istismara veriləcək. Bu layihə respublikanın şimal zonasında ekoloji tarazlığın təmin edilməsinə də böyük töhfədir. Bütövlükdə Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi 14 il ərzində dörd mərhələdə reallaşdırılacaq.

Tarix
28 Sentyabr 2015 [17:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin