Ana səhifə
23 Sentyabr 2018

Musiqili Teatrda “Qafqazlı qardaşqızı” operettasının premyerası olub

Azərbaycan Dövlət Musiqili Teatrında SSRİ Xalq artisti, məşhur bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettasının premyerası olub. Qurumun Mətbuat xidmətindən verilən xəbərə görə, bu, Musiqili Teatrda 106-cı mövsümün ilk premyerasıdır. Premyera böyük anşlaqla keçib. Rauf Hacıyevin möhtəşəm musiqisi hamını heyran edib. Peşəkar aktyor oyunu, rejissor yozumu tamaşaçıların böyük marağına səbəb olub. Tamaşadan sonra böyük bəstəkar Rauf Hacıyevin oğlu, hazırda Türkiyədə yaşayan rejissor, Əməkdar incəsənət xadimi Fuad Hacıyev telefon açaraq Musiqili Teatrın kollektivinə öz minnətdarlığını bildirib, “Qafqazlı qardaşqızı” operettasına yeni səhnə həyatının verilməsində əməyi olan hər kəsə təşəkkür edib. Premyeranı izləyən ailə üzvləri, yaxınları telefon vasitəsilə Fuad Hacıyevə tamaşadan şəkillər, video-görüntülər yollayıblar. Bu şəkillərdən, video-görüntülərdən onda xoş təəssüratların yarandığını bildirən böyük bəstəkarın oğlu, tanınımış rejissor yaradıcı heyyətə şəxsən öz adından, Rauf Hacıyevin ailəsi adından minnətdarlıq edib.
Teatrın rus bölməsində hazırlanan, beynəlxalq layihə kimi Musiqili Teatrın tarixinə yazılan tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əli Usubov, quruluşçu-drijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Moskvadan dəvət olunmuş Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji, quruluşçu-baletmestrləri Leyla və Zakir Ağayevlərdir. Tamaşada rolları Əməkdar artistlər Nərgiz Kərimova, Səidə Şərifəliyeva, Boris Qrafkin, Svetlana Bulax, aktyorlar Firuz Məmmədov, Mehriban Zalıyeva, Elçin İmanov, Marina Litvinenko, Yuliya Heydərova, Nicat Həbibov, Rauf Babayev, Emil Heydərov, Nadejda Povelitsina, Əliməmməd Novruzov ifa edirlər.

 

 

Tarix
28 Sentyabr 2015 [16:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin