Ana səhifə
22 May 2018

"Fırtına" İŞİD-i vurdu

İŞİD-in mövqeləri topları ilə darmadağın edilir

 

 

Türkiyə Silahlı Qüvvələri İŞİD-ə məxsus iki hərbi maşını topla vurub.

Bu barədə Milliyet qəzeti hərbi mənbələrinə istinadən xəbər yayıb.

Bildirilir ki, Suriya ərazisində Türkiyə torpaqlarına düşən top mərmilərinin atıldığı yeri müəyyən etmək üçün sərhədə AN-TPQ-26 radar sistemi yerləşdirilib. Bu sistem vasitəsilə top mərmilərinin atıldığı yer təyin edilir və həmin nöqtə Türkiyə SQ-yə məxsus "Fırtına" adlı toplar ilə darmadağın edilir.

Son məlumatlara görə, Suriya ərazisindən İŞİD-ə aid iki hərbi maşından Türkiyə tərəfinin atəşə tutulduğu müəyyən edilib. Həmin maşınlar toplar vasitəsilə məhv edilib.

Hərbi mənbələrdən qəzetə bildiriblər ki, İŞİD məqsədli şəkildə Türkiyə ərazisinə top mərmiləri atır. Lakin Türkiyə hərbçiləri bunun cavabını lazımi şəkildə verir. ANS PRESS

Tarix
5 Oktyabr 2014 [21:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin