Ana səhifə
20 Sentyabr 2018

Bağbanlar qışa meyvə saxlamaq istəmir

Sadıq Murtuzayev: “Soyuducu anbarlarda meyvənin saxlanması bağbanlara daha çox xeyir gətirə bilər”

 

 

Rusiyanın ABŞ və Avropa məhsullarına qadağası Azərbaycan meyvə istehsalçılarının işinə yaradı. Hazırda ixrac olunan əsas meyvələrdən - almanın satış qiyməti bağbanları qane edir. Bu səbəbdən də onlar məhsullarını qışa saxlamaq fikrində deyillər. Belə olduğu təqdirdə meyvəçilik rayonlarındakı soyuducu anbarların bu mövsüm rentabelli işləyəcəyi şübhə doğurur. Quba-Xaçmaz iqtisadi rayonunda 29 soyuducu anbar fəaliyyət göstərir. Həmin soyuducu anbarlar ümumilikdə 81 min 550 ton meyvə qəbul etmək gücünə malikdir. Bu da bölgədə tədarük olunan meyvənin 35 fazini təşkil edir. Hər il mövsümün bu dövründə həmin soyuducu anbarlar demək olar ki, meyvə ilə, əsasən də alma ilə dolu olurdu. Amma indi anbarlar təxminən 60-70 faiz dolub. Bu mövsüm bağbanların soyuducu anbarlara o qədər də maraq göstərməməsi heç də almanın məhsuldarlığının aşağı olması ilə bağlı deyil. Şimal bölgəsində alma bağlarında 2 aya yaxındır ki, məhsulun yığımına başlanılıb. Bu bölgədə mövcud 21 min 183 hektar alma bağının artıq 70 faizində dərim yekunlaşıb. Həmin bağlardan isə indiyədək 110 min tondar artıq məhsul tədarük olunub. Bağbanların çoxu tədarük etdikləri almanı elə bağdaca satıb. Qonşu Rusiyada Azərbaycan meyvəsinə olan tələbat təsərrüfat sahiblərinə sərfəli qiymət təklif edən alıcı tapmağa müsbət təsir göstərib. Hazırda almanın brinci növünün kiloqramının bağda satış qiyməti 40-50 qəpikdir.
Soyuducu anbarlarda isə almanın 1 tonu 1 ay müddətinə 20-40 manata saxlanılır. Sahibkarlar saxlama xərcləri yüksək olduğu üçün bundan aşağı qiymətin onlara sərf etmədiyini deyir. Mütəxəssilər isə hesab edir ki, soyuducu anbarlarda meyvənin saxlanması bağbanlara daha çox xeyir gətirə bilər. Qeyd edək ki, bölgədə alma yığımı hələ noyabrın 1-dək davam edəcək. Mütəxəssislər əmindirlər ki, mövsümün sonuna soyuducu anbarlar tam meyvə ilə dolacaq.

 

Fermerlər İttifaqının sədri Sadıq Murtuzayevin sözlərinə görə, istənilən halda yay-payız mövsümündə meyvə-tərəvəzin hamısı satılmadığı üçün, yaz-yay məhsullarını qışa, payıza, payız və qış məhsullarını isə növbəti yaza və yaya saxlamaq lazım gəlir: “Soyuducu olmayanda həmin məhsullar çox vaxt xarab olurdu. Təxmini hesablamalara görə, yığılan məhsulların 30 faizdən çoxu zay olurdu. İndi isə kənd təsərrüfatı məhsullarının saxlanılması üçün müəyyən şərait yaradılıb. Hardasa 70-80 min ton kənd təsərrüfatı məhsulu, meyvə və tərəvəzi saxlamaq üçün xüsusi soyuducu anbarlar inşa edilir. Sahibkarlara Kömək Milli Fondun vəsaiti hesabına ərsəyə gələn 40 min tona yaxın tutumu olan anbarlar artıq təhvil verilib. Digərlərində isə iş yekunlaşmaq ərəfəsindədir”.
Ekspertin fikrincə belə anbarların tikilməsi daxili məhsulun xarici məhsulları üstələməsinə təkan verəcək. Yəni əvvəllər yerli alma olmadığına görə, məcbur olub xaricdən gətirilən alma alırdıqsa, artıq öz məhsullarımızı rahat ala bilərik. Müsahibimiz soyuducu anbarlarının səmərəli işlədiyini deyir: “Bu sahibkarları ruhlandırır ki, növbəti məhsul yığımında onlar daha çox bar əldə etsinlər. Lakin bu sahədə müəyyən problemlər də mövcuddur. Soyuducu anbarlar hələlik yetərli deyil. “Araşdırmalara əsasən il ərzində 400-500 min tona yaxın meyvə-ərəvəz xarab olur. Soyuducu kameralar bu məhsulların yalnız 10-15 faizdən bir qədər çox hissəsini saxlaya bilir. Nəzərə alsaq ki, biz əsasən xarici bazara nar, xurma, kartof, pomidor, xiyar ixrac edirik. Bu da xüsusilə Gəncə, Qazax, Göyçay rayonlarıdır. Bu bölgələrdə mövcud potensialı nəzərə alaraq planlaşdırılmalıdır ki, həmin bölgələrdə belə saxlama kameraların sayı artırılsın”.
Mütəxəssislər bildirir ki, saxlanma anbarlarında qiymətlər müxtəlifdir. Əgər bir ayda Salyanda 1 ton məhsul üçün 50 manat alırlarsa, Tovuzda bu 20 manatdır. Ekspertlər bu sahədə müəyyən çatışmazlıqların tədricən aradan qaldırılacağına da ümid edirlər.
Belə olan halda soyuducuların bütünlüklə işə salınmasından sonra bazarlarımızda yerli meyvə-tərəvəzlərin çəkisi bir qədər də artacaq. Ticarət obyektlərinə xarici ölkələrdən gətirilən almalar deyil, Quba alması bütün aylarda bol olacaq.

 

 

Əfsun

 

Tarix
28 Oktyabr 2014 [19:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin