Ana səhifə
24 Sentyabr 2018

Azərbaycanlı şirkət sahibi İŞİD-çi çıxdı

Rusiyanın Federal təhlükəsizlik Xidmətinin əməkdaşları paytaxt Moskvada genişmiqyasılı əməliyyat keçiriblər. 
 

Ucnoqta.az axar.az-a istinadən xəbər verir ki, əməliyyat eyni zamanda Başqırdıstanın paytaxtı Ufada da aparılıb.

Əməliyyat nəticəsində İŞİD terror təşkilatına yaxınlığı ilə seçilən onlarla şəxs tutulub.

Moskvada keçirilən əməliyyatda isə İŞİD-lə əlaqədə olan və onlara maliyyə yardımı edən 6 azərbaycanlı ələ keçib.

Azərbaycanlıların biri şirkət direktorudur. Onun bir neçə obyektinin olduğu deyilir. Məlumata görə, həmyerlilərimiz də ona məxsus olan və paytaxtın Skotoproqonnıy keçidində yerləşən avtoservisdə saxlanılıblar.

Azərbaycanlıların evlərində aparılan axtarış zamanı külli miqdarda dini ədəbiyyat və müxtəlif ünvanlar, pul köçürmələri olan blanklar da götürülüb. 

Tarix
28 Oktyabr 2014 [13:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin