Ana səhifə
22 May 2018

Dəmir yolu vağzalına girərək özünü partlatdı

Bir nəfər dəmir yolu vağzalına girərək özünü partladıb

 

Çeçenistanın paytaxtı Qroznıda güclü partlayış baş verib.

ANS PRESS-in məlumatına görə, partlayış dəmir yolu vağzalında həyata keçirilib.

Hüquq mühafizə orqanlarının açıqlamasına görə, partlayış nəticəsində ölənlərin və xəsarət alanların olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Qroznıdakı partlayış terror aktıdır. Artıq terror aktını törədənin kimliyi müəyyən edilib. O, dəmir yolu vağzalına girərək özünü partladıb.

"Həmin şəxsin kim olduğu məlumdur. O, Staropomıslovsk rayonunun sakinidir. Həmin şəxs iki ay bundan əvvəl evdən gedib və onun barəsində heç bir məlumat olmayıb", deyə DİN-in açıqlamasında bildirilir.

Hazırda hadisə yerində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları araşdırmalar aparır.

Tarix
5 Oktyabr 2014 [20:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin