Ana səhifə
16 Oktyabr 2018

Azərbaycanın yeni milli mobil operatoru olacaq

Əsas "Backbone" provayderimiz, Milli İnternet operatoru statusuna malik Delta Telecom 4G üzrə mobil operator statusu da almağa hazırlaşır. Güman ki, mobil bazarda situasiya əməlli-başlı dəyişəcək. Delta Telecom şirkəti mobil rabitə xidmətləri göstərməyə hazırlaşır. Delta Telecom telekommunikasiya operatoru ən müasir 4G texnologiyası əsasında xidmət göstərməyi nəzərdə tutub. Şirkət mobil infrastrukturu uzun müddətdən bəri əməkdaşlıq etdiyi Alcatel-Lucent, Ericson və digər istehsalçı şirkətlərlə birlikdə 2.4 GHZ tezlik diapozonunda quracaq.

Qeyd edək ki, bütün ölkə ərazisini əhatə edən 4G şəbəkənin yaxın müddətdə başa çatdırılması nəzərdə tutulur. Bütün ölkə ərazisini əhatə edən fiber optik şəbəkəyə malik olan Delta Telecom şirkəti eyni zamanda Telecom-İnvest şirkəti ilə əməkdaşlıq edəcək.

Delta Telecom şirkəti məsələ ilə bağlı yaxın günlərdə ictimaiyyətə daha ətraflı məlumat verəcəyini bildirib.

Tarix
23 Sentyabr 2015 [18:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin