Ana səhifə
17 Noyabr 2018

Tovuzda özəl bölmə dinamik inkişaf edir

Aqrar bölmənin inkişafına xüsusi fikir verilir

Son illər Tovuzda sahibkarlıq fəaliyyəti genişlənib, özəl bölmə dinamik inkişaf edir, dövlət dəstəyi ilə yeni istehsal və xidmət müəssisələri yaradılır, əhalinin məşğulluq səviyyəsi yüksəlir. İqtisadiyyatın digər sahələri ilə yanaşı, aqrar bölmənin inkişafına da xüsusi fikir verilir. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi və  yeni çağırışlara uyğun strateji hədəflərin, habelə  institusional dəyişikliklərin müəyyənləşdirilməsi də sözügedən sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub. Hazırda əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkəmizdə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir, bölgələrdə müasir infrastruktur qurulur, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilir. Bu işlər Tovuz rayonunda da uğurla həyata keçirilir. Rayon sahibkarlarına verilən güzəştli kreditlər yeni  təsərrüfat subyektlərinin yaranmasına, mövcud olanların isə fəaliyyətini genişləqndirməyə imkan verir. Rayonda kənd təsərrüfatının inkişafına dəstək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən heyvandarlıq sahəsinə 50 min manat, istixanaların quraşdırılması üçün 150 min manat və bağçılıq sahəsinin inkişafına 150 min manat məbləğində güzəştli kreditlər verilib. 2015-ci ilin məhsulu üçün 2014-cü ilin payızında aparılan hər hektar buğda səpininə görə kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına rayon üzrə 6629 sahibkara 360379 manat yardım verilib. Bundan əlavə Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli 270 nömrəli qərarı ilə təsdiq edilmiş “Aqrolizinq” ASC digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin dəyərinin orta hesabla 70 faiz güzəştlə satılması qaydalarına uyğun olaraq hesabat dövründə 1484 nəfər məhsul istehsalçısına 685,3 min manat dəyərində 1400,5 ton güzəştli şərtlərlə mineral gübrə satılıb. Elit toxumlarının bölgüsü zamanı rayonda fəaliyyət göstərən 1 özəl toxumçuluq təsərrüfata güzəştli şərtlərlə 6,5 ton kartof toxumu ayrılıb. Qeyd edək ki, Tovuz rayonu respublikanın iri kartofçuluq rayonlarından sayılır. Rayonun sahibkarları bu il 7 min 668 hektar sahədə kartof məhsulu yetişdiriblər. Kartofçuluqla məşğul olan fermerlər  6910 hektar sahədən kartof çıxarıblar. Kartof çıxarılan sahələrdən 149 min 187 ton məhsul əldə edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7061 ton çoxdur. Orta məhsuldarlıq 215,9 sentner təşkil edir ki, bu da ötən ilkindən 0,2 sentner yüksəkdir. Rayonun dağ kəndlərində kartof yığımı davam edir. Keçən il 160 min ton kartof yığılıb. Bu il isə məhsul daha boldur, 180 min tondan söhbət gedir. 
Rayonda toxumçuluğun inkişafına da xüsusi fikir verilir. Ayrı-ayrı bölgələrdə taxılçılıq üzrə 6 toxumçuluq təsərrüfatı yaradılıb. İl ərzində təqribən 400 ton toxum istehsal edərək fermerlərə satılıb. Hər il 10 min hektar sahədə buğda yetişdirilir. Təqribən 30 min tondan çox taxıl istehsal olunur. Alakol Dövlət Kənd Təsərrüfatı istehsal müəssisəsinin fəaliyyəti daha çox fərqlənir. Təsərrüfatın başçısı Saləddin Əliyev iqtisadçıdır. Təsərrüfatın hər sahəsinə yaxından bələddir. Neçə ildir toxumçuluqla məşğul olur. Cari ilin məhsulu üçün öhdəsində olan 70 hektar sahənin xeyli hissəsinə “Əkinçi-84” elit toxumu səpilib. Aqrotexniki tədbirlərə vaxtında, dəqiq əməl olunub. Bu məhsul ayrıca yığılıb. İndi də seçmə, çeşidləmə işləri aparılır.
Tovuz rayonunda üzümçülük sahəsinin inkişafına önəm verilir. Təqdirəlayiq cəhətlərdən biri də budur ki, vaxtilə kor-koranə surətdə məhv edilmiş üzümçülük bərpa olunur. Hər il 30-40 hektar sahədə üzümlüklər salınır. Hazırda bağların sahəsi 621 hektara çatır. Bunun 550 hektarı bar verən bağlardır. Bağlarda üzüm yığımı davam edir. Sahibkarlar hələlik bağlardan 840 ton məhsul toplayıblar. Yığılan məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 125 ton çoxdur. Tovuzlu fermerlər həm də 984 hektar bağda bol meyvə yetişdiriblər. Rayon statistika idarəsindən bildiriblər ki, sahibkarlar meyvə bağlarından indiyədək 3 min 800 ton məhsul toplayıblar. Yığılan məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 390 ton çoxdur.
Hazırda meyvə yığımı davam edir. Tovuzlu fermerlər i həm də bol tərəvəz yetişdiriblər. Bu il 1624 hektar sahədə məhsul yığılır. Fermerlər artıq 1571 hektar sahədə tərəvəz yığımını başa çatdırıblar. Sahələrdən 27 min 461 ton məhsul tədarük olunub. Hər hektardan orta məhsuldarlıq 174,8 sentner təşkil edib. Toplanan məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 1184 ton, məhsuldarlıq isə 0,2 sentner çoxdur. 
Rayon icra hakimiyyətindən bildiriblər ki, Tovuzda kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün torpaqların daha səmərəli istifadə olunması, ondan yüksək gəlir əldə edilməsi istiqamətində əhali ilə müntəzəm iş aparılır, istixanaların yaradılmasına xüsusi diqqət yetirilir.
Hazırda rayonda istixanaların ümumi sahəsi 42 hektara çatdırılıb və bu sahədə aparılan işləri davam etdirilir.  Görülən işlərin nəticəsidir ki, Tovuz rayonu bir sıra ərzaq məhsulları ilə özünü təmin edir. Məhsul istehsalı artdıqca emal müəssisələrinin şəbəkəsi genişlənir. Hazırda ümumi tutumu 4 min ton olan 12 soyuducu işləyir. Rayon üzrə bir sıra məsələlər, o cümlədən su problemi uğurla həll olunur. Tovuzçay su anbarının tikintisi başa çdıqdan sonra 20 min hektar torpaqda suvarma yaxşılaşdırılacaq və 300 hektar yeni torpaq sahələri istifadəyə veriləcək. Bu da rayonun aqrar sektorunun inkişafına təkan verəcək. 
Aydındır ki, kənd təsmərrüfatı məhsullarının satışı istiqamətində də işlər görülür. “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Prezidentin 16 yanvar 2014-cü il tarixli sərəncamının icrası ilə əlaqədar rayonda yaradılan topdan və pərakəndə satış bazarı fəaliyyət göstərir. Həmin bazar müasir avadanlıqlarla təchiz olunub və günün tələblərinə cavab verir. Burada hər həftənin sonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilir. Bununla yanaşı, istər rayonumuzda, istərsə də Bakı şəhərində ixtisaslaşdırılmış fermer mağazalarının və yaşıl marketlərin yaradılması üçün müəyyən tədbirlər görülür. İxrac bazarlarına çıxışların əldə edilməsi barədə dövlət başçısının tələbi hər yerdə aqrar sahənin tərəqqisinə və sahibkarlığın inkişafına geniş meydan açır.
Sahibkarların kənd təsərrüfatı texnikaları ilə təmin edilməsi istiqamətində də rayonda ciddi işlər görülüb. “Aqrolizinq” ASC-nin müasir infrastruktura, ofis binasına, kənd təsərrüfatı texnikalarının saxlanması üçün meydançalara, gübrə anbarına və müasir avadanlıqlarla təchiz olunumuş təmir emalatxanasına malik Tovuz rayon aqroservis filialı 105 ədəd, o cümlədən 17 ədəd taxılyığan kombayn, 19 ədəd traktor, 2 ədəd ekskavator və 67 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları ilə təchiz edilib və kənd təsərrüfatı məhsulları istehsalçılarına 20 addan çox aqrotexniki xidmət göstərilir. Bundan əlavə 369 ədəd, o cümlədən 1 ədəd taxılyığan kombayn, 142 ədəd traktor, 2 ədəd ekskavator və 224 ədəd traktora qoşulan kənd təsərrüfatı texnikaları hüquqi və fiziki şəxslərə lizinq qaydasında verilib.

Tarix
23 Sentyabr 2015 [15:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin