Ana səhifə
21 Noyabr 2018

Spiker deputata əsəbiləşdi: "söz güləşdirmə, sakit otur"

Ucnoqta.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədovla ilə deputat Zahid Oruc arasında mübahisə düşüb. , deputat Zahid Oruc dövlət qulluğu ilə bağlı keçirilən imtahan və onların nəticəsindən, bununla bağlı ona edilən müraciətlərdən danışıb.

O, çıxışını bitirdikdən sonra spiker Oqtay Əsədov deputata irad tutub: “Səndə bir xasiyyət var çox uzun danışırsan. Bir az qısa elə...”.

Bu zaman deputat sədrin iradına reaksiya verib. Buna cavab olaraq O. Əsədov deputata yenidən irad tutub: “Yerindən danışma! Sən dedin mən eşitdim, indi də sözümü kəsmə”.

 

Deputat yenidən yerindən mikrofonsuz nəsə demək istədikdə, spiker əsəbiləşərək ona xəbərdarlıq edib: “Sən yaman söz güləşdirirsən. Bir az diqqətli ol. Baxıram yaman ideyaların var. Danışanda bir az diqqətli ol, söz güləşdirmə, sakit otur!”.(Lent.az)

 

Tarix
28 Oktyabr 2014 [13:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin