Ana səhifə
18 Noyabr 2018

Dünya şöhrətli Robert Sturuanın tamaşaları Musiqili Teatrda

Dünya şöhrətli, məşhur gürcü teatr rejissoru, SSRİ Xalq artisti Robert Sturuanın səhnələşdirdiyi tamaşalar Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunacaq. Qurumun Mətbuat xidmətindən verilən xəbərə görə, tamaşaların nümayişi Şota Rustaveli adına Tiflis Dövlət Dram Teatrının oktyabr ayında Azərbaycana qastrol səfəri çərçivəsində baş tutacaq. 9 oktyabr tarixində Tamaz Çiladzenin “Ov mövsümü”, 11 oktyabrda isə Terrens Maknellinin “Mariya Kallas – Dərs” tamaşaları azərbaycanlı sənətsevərlərə təqdim olunacaq. “Robert Sturua dünya səviyyəli bir rejissordur. Bizim teatrın istər Şota Rustaveli adına Tiflis Dövlət Dram Teatrı,istərsə də Robert Sturua ilə sıx əlaqələri var. Belə bir ustad rejissorun tamaşalarının azərbaycanlı tamaşaçılara təqdim edilməsi çox sevindirici haldır. Qeyd edim ki, bu qastrol səfəri Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi və Tiflis şəhər meriyasının təşkilati dəstəyi ilə baş tutacaq”, - deyə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib.
Qeyd edək ki, SSRİ Xalq artisti Robert Sturuanın səhnələşdirdiyi tamaşaları izləmək istəyənlər biletləri Bakı şəhərinin bütün teatr-konsert kassalarından əldə edə bilərlər.

 

Tarix
22 Sentyabr 2015 [13:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin