Ana səhifə
21 Noyabr 2018

Əli Həsənov Azərbaycan gənclərinin siyasətindən danışdı

“Bakıda Gənclər siyasəti üzrə I Qlobal Forumun keçirilməsi böyük əhəmiyyət kəsb edir”.

 

 

Ucnoqta.az” xəbər verir ki, APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

 

Ə. Həsənov bildirib ki, bu tədbir 1998-ci ildə idman və gənclər sahəsində dövlət siyasətini yürüdən nazirlərin toplantısından sonra keçirilməyə başlanıb. Tədbirdə dünyanın müxtəlif ölkələrindən gənclər, gənclər təşkilatları, bu sahədə siyasəti həyata keçirən dövlət qurumlarının rəhbərləri, akademik dairələr, QHT-lər iştirak edir: “Bu forumda dünya və Azərbaycan gənclərinin problemləri müzakirə olunacaq və yekun sənəd qəbul olunacaq. Bu forumun Bakıda keçirilməsi 20 ildə Azərbaycanda həyata keçirilən davamlı və effektli gənclər siyasətinə verilən qiymətdir. Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan gənclər siyasəti bu gün də davam edir. Gənclər siyasətinin həyata keçirilməsinə nəinki dövlət strukturları cəlb olunub, o cümlədən gənclərin özləri də bu siyasətin formalaşmasında iştirak edirlər".

 

PA rəsmisi xatırladıb ki, Azərbaycan dünyanın 200-dən artıq dövləti sırasında əhalisinin və ərazisinin sayına görə sonuncu 50 dövlət sırasındadır: " Lakin ölkəmiz yürütdüyü siyasətə, inkişafına, gənclərə, ümumiyyətlə, insanlara yaratdığı şəraitə, dünya dövlətləri siyahısındakı iqtisadi, siyasi, sosial inkişaf reytinqlərinə görə ilk 30 dövlət arasındadır. Bu siyasət isə diqqətdən kənarda qala bilməzdi. Bugünkü forumun keçirilməsinə təsir göstərən əsas amillərdən biri də Azərbaycanda uğurlu siyasət yürüdülməsidir. Bu forumun keçirilməsi Azərbaycan gənclərinin dünya gəncləri sırasına inteqrasiyasına dəstək verəcək? . Azərbaycanda gənclər siyasətinin formalaşmasında mühüm amilə çevriləcək”.

 

Forumdan gözləntilərə gəlincə, Ə.Həsənov qeyd edib ki, Azərbaycan gənclərinin də iştirakı ilə müasir gəncliyi düşündürən bütün sahələr, o cümlədən gənclərin potensialından, imkanlarından istifadə üzrə dövlətlərin siyasəti üçün vahid tövsiyələr hazırlanacaq. Bu tövsiyələr forumda iştirak edən dövlət qurumları tərəfindən öz ölkələrində də istifadə olunacaq. Həmçinin tədbirdə BMT, AŞPA, UNESKO və digər beynəlxalq təşkilatların iştirakını nəzərə alsaq, qlobal gənclər siyasətinin formalaşmasında da bu tövsiyələrdən istifadə olunacaq.

Tarix
28 Oktyabr 2014 [12:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin