Ana səhifə
20 Sentyabr 2018

Gənc rejissordan yeni film

Gənc rejissor Xəzər Həmzəyev mətbuat nümayəndələrini və tanınmış kino əhlini ətrafına cəm edib, yeni filminin  təqdimatını keçirib.  Ailə-məişət problemlərindən bəhs edən “Video çəkən” qısametrajlı bədii filminin təqdimatında maraqlı anlar yaşanıb. 
Filmin  ssenaristi və rejissoru Xəzər Həmzəyev təqdimatda iştirak edənləri salamlayıb, filmin ideyasından danışıb: “Bir ailə uşaq həsrəti ilə yaşayır. Problem evin kişisində olduğu halda qadın təhqirlərə məruz qalır. Kişi həkimə gedərsə kənd camaatının qınaq obyektinə çevriləcəyindən qorxur. Cəmiyyətdə ən çox yaşanan problemlərdən olan qaynananlardır ki, bu filmdə qaynana oğlunun həyat yoldaşından boşanmasını, başqa birini almasını istəyir. Təsadüfən evə daxil olan video kameranın hər şeyi çəkməsi  məsələni həll edir.  Kənd camaatı ailədə problem olduğunu bilir.  Əsas qəhrəmanlardan olan oğlan üç seçim qarşısında qalır.  Sonluq isə tam olaraq bilinmir”.
 “Öz prodakşın”ın rəhbəri, kinoşünas, rejissor  Fehruz Şamıyev çıxışında filmin təqdirəlayiq olduğunu, gənc rejissorlara hər zaman dəstəyə ehtiyaclarının olduqlarını vurğulayıb: “Əslində Xəzər bu filmi yaradıcılığının ən yüksək vaxtında çəksəydi daha möhtəşəm olardı”.  
Kinorejissor Tahir Tahirovic isə filmi uğurlu hesab edərək rejissora bundan sonrakı yaradıcılığında uğurlar arzuladı.
Rejissor İntiqam Hacılı isə gənc rejissorun işini çox bəyəndiyini, davamlı olmasını arzuladı: “Xəzər Həmzəyevin çəkdiyi bu film kinematoqrafik detallarla zəngindir. Ona bundan sonrakı yaradıcılığında bol-bol uğurlar arzulayıram”. 
Filmdə baş rollarda  Rövşən Ağayev, Mənsumə Babayeva, Nuranə Ayxan,  Fuad Əzizov ifa edib. Filmin operatoru Asiof Qəhrəmanovdur.   Çəkilişlər Ağsu rayonunda həyata keçib. Filmin xarici festivallarda iştirakı nəzərdə tutulub. 
Qeyd edək ki, təqdimatda kinorejissorlar, sənət adamları  və aktyorlar da   iştirak ediblər.

Tarix
21 Sentyabr 2015 [15:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin