Ana səhifə
13 Noyabr 2018

“Günəşi oyadanlar” filmi tamaşaçıları ilə görüşəcək

Rejissoru və ssenari müəllifi Türkay Azəri olan “Günəşi oyadanlar” filmi oktyabrın 21-i tamaşaçılarıyla görüşəcək. Ucnoqta.az-ın məlumatına görə, “Temp Production”un məhsulu olan film Radio aparıcı Raul və dinləyicisi Arzuyla arasında olan münasibətdən gedir.  İçki aludəçisi olan Raul həyatda olan reallıqlarla barışmır. Həyata ayıq gözlə baxa bilmir. Ağciyər xərçəngindən əziyyət çəkən Arzu isə, ömrünün sonuna az qaldığını bilir. Bir gün radioda Raulu dinləyən Arzu efirdə səslənən Necə ölmək istəyirsiz sualını cavablandırır. Elə hər şeydə burdan başlanır. Melodrama janrında olan filmin xronometrajı 83 dəqiqədir. Film Bakı və Bakı ətrafı ərazilərdə çəkilib. Quruluşçu rejissoru Türkay Azəri olan filmin, operatoru Ruslan Məmmədovdur. İşıq rejissoru İlham Əliyev, səs tərtibçisi Şahin Zaman olan filmin geyim üzrə rəssamı Aida Maqsudova, qrim üzrə rəssamı Süleyman Həsənov, redaktoru Aygün Əhmədovadır. Filmdə İradə Həsənova, Səmimi Fərhad, Oqtay Mehtiyev, Anar Səfiyev, Türkay Azəri, Pərvanə Alıyeva, Şahin Allahverdi, Səyyad İlqar, Səbinə Hacıyeva, Adilə Dadaşlı, Nur Abbasova və.s çəkiliblər.
Filmin musiqisi istedadlı rok ifaçısı Milan Məmmədova məxsusdur. Qeyd edək ki, filmin təqdimatı oktyabrın 20-də Beynəlxalq Mətbuat Mərkəzində (BMM)-də keçiriləcək.

Tarix
21 Sentyabr 2015 [14:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin