Ana səhifə
15 Noyabr 2018

Dərbənd şəhərinin 2000 illik yubiley tədbiri böyük təntənə ilə qeyd olunub

Azərbaycan sənətçiləri tədbirdə iştirak edib

 Dərbənddə şəhərin 2000 illik yubiley tədbiri böyük təntənə ilə qeyd olunub. Tədbirdə Dağıstan Respublikasının Prezidenti cənab Ramazan Abdulatipov və Rusiya Federasiyasının bir sıra məsul şəxsləri iştirak edib. Tədbirin hazırlanmasında Dərbənd şəhərində yerləşən Azərbaycan Dövlət Dram Teatrının kollektivinə məsuliyyətli işlər həvalə olunub. Teatrın baş rejissoru Ər-Toğrul Kamalovun verdiyi məlumata görə, yubiley tədbirində fəal iştirak edən kollektiv Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması və təbliği məqsədi ilə adət-ənələrimizi teatrallaşdırılmış şəkildə qonaqlara təqdim edib. Dərbənd Azərbaycan teatrının aktyorlarının ifasında nümayiş olunan səhnəciklər qonaqlar tərəfindən böük maraqla qarşılanıb.  
Yubiley tədbirinin keçirilməsində teatra Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi böyük dəstək olub. Tədbirdə Azərbaycanın Xalq artistləri Polad Bulbuloğlu, Mələkxanım Əyyubova, Möhlət Müslümov və gənc kamança ustası Elvin Mirzəyev çıxış ediblər. Tamaşaçılar tərəfindən alqışlarla qarşılanan sənətçilərimiz Dərbənddə olduqlarından məmnunluqlarını bildiriblər.

Tarix
21 Sentyabr 2015 [14:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin