Ana səhifə
21 Sentyabr 2018

Baş nazir müxalifətin çağırışını rədd edib

Ermənistanın baş naziri Hovik Abrahamian hökumətin dərhal dəyişdirilməsinə dair müxalifətin çağırışını rədd edib. O deyib ki, bu dəyişiklik baş verməli olsa belə, erkən seçkilər vasitəsilə olmayacaq.

 

Ucnoqta.azxəbər verir ki, azadliq.org-un məlumatına görə oktyabrın 24-də on minlərlə qeyri-hakimiyyət və müxalifət partiyası tərəfdarı Yerevanda toplaşıb, seçki qanunvericiliyinə dəyişiklər, erkən parlament və prezident seçkisi tələb edib.

Abrahamian oktyabrın 27-də AzadlıqRadiosuna deyib ki, «bütün gərəkən proseslər» «Konstitusiya çərçivəsində» və «növbəti ümumi seçkilər» vasitəsilə həyata keçirilməlidir.

Ermənistanda növbəti parlament seçkisi 2017-ci ilə planlaşdırılıb. Abrahamian deyib ki, hakim Ermənistan Respublikaçı Partiyası «istənilən siyasi partiyanın qaldırdığı» məsələnin müzakirəsinə hazırdır.

 

Tarix
28 Oktyabr 2014 [12:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin