Ana səhifə
20 Noyabr 2017

Sürücülərə vacib xəbər; yol polisi ödənişsiz elektron xidmətə keçdi

Daxili İşlər Nazirliyinin (DİN) kollegiyası “Nəqliyyat vasitələrinin zədələnməsinə dair arayışın verilməsi üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə qərar verib. Qərarı kollegiyanın sədri general-polkovnik Ramil Usubov imzalayıb. Qərar “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli fərmanının 2-1-ci hissəsinin icrasının təmin edilməsi məqsədilə verilib.

Sənədlə “Nəqliyyat vasitələrinin zədələnməsinə dair arayışın verilməsi üzrə inzibati reqlament” təsdiqlənib. Qərar respublika daxili işlər orqanlarında elan edilib.
Nəqliyyat vasitələrinin zədələnməsinə dair arayışın verilməsi elektron xidməti nəqliyyat vasitələrinin zədələnməsinə dair arayışın verilməsi üçün elektron müraciətin qəbul edilməsini, baxılmasını və baxılmanın nəticəsindən asılı olaraq müvafiq arayışın verilməsini nəzərdə tutur.
Xidmət ödənişsizdir. Elektron xidməti Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DİN BDYPİ) göstərəcək. Elektron xidmətin icra müddəti 5 iş günüdür.
Nəqliyyat vasitəsinin zədələnməsi barədə arayışın verilməsi ilə bağlı müraciət aidiyyəti DYP qurumunda baxılaraq həmin nəqliyyat vasitəsinin iştirakı ilə qeydə alınmış yol-nəqliyyat hadisəsinin sənədləşdirilməsinə dair materiallara əsasən “Nəqliyyat vasitəsinin zədələnməsinə dair arayış” (əlavə №2) tərtib olunur və aidiyyəti DYP qurumunun rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq olunur.
Əgər sorğu olunan nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi DYP qurumunda qeydiyyata alınmamışdırsa, avtomobilin sahibi qabaqcadan məlumatlandırılmaqla DYP qurumunun əməkdaşı tərəfindən zədələnən nəqliyyat vasitəsinin olduğu yerdə ona və zədələnmənin baş verdiyi əraziyə baxış keçirilərək yol-nəqliyyat hadisəsi sənədləşdirilir. Baxışın keçiriləcəyi tarix və vaxt barədə zədələnən nəqliyyat vasitəsinin sahibinə elektron poçt vasitəsi ilə azı 1 gün əvvəl məlumat verilir.


Elmin

Tarix
19 Sentyabr 2015 [21:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ