Ana səhifə
24 Sentyabr 2018

“İkinci mahnım Amerikada aranjiman olunur” - FOTOLAR

Aparıcı-bəstəkar Murad Arif “Həyat yoldaşımsan” adlı mahnısına çəkdirdiyi klipi təqdim etdi. Mahnının sözləri və musiqisi aparıcının özünə aiddir. Mahnıya rejissor Fərhad Əli ekran həyatı verib. Klipdə aparıcının tərəf müqabili Kəmalə Piriyeva çəkilib. Murad Arif “Üç nöqtə”yə yaradıcı planlarından da danışdı: “Bir az sonra ikinci mahnı və ikinci klip də gəlir. Adı hələ sirr qalsın. Mahnılarda adlara və sözlərə çox diqqət edirəm. “Həyat yoldaşımsan” 6 ay ərzində hazır oldu. İkinci mahnım Amerikada aranjiman olunur. Emin Kərimi edəcək. Klipi çox güman ki, Fərhad Əli ilə çəkəcəm. Bir ildən sonra konsert verməyi düşünürəm. Bir müddət öz  mahnılarımı pianinoda oxuyacam. Müəyyən müğənnilərə verdiyim mahnılara, “Ona nə var ki”, “Bu şəhər ikimizə dar” və.s mahnılara müraciət edəcəm. Çünki müəllifin ruhu başqadır. Sən nə qədər gözəl müğənni olursansa ol, amma müəllif o hekayələri başqa cür danışacaq. Bu dinləyicilərə maraqlı gəlir. Müqayisə aparmıram. Həmişə demişəm ki, mənim mahnılarımı məndən gözəl oxuyacaqlar. Təbii ki, mən onlar kimi oxuya bilməyəcəm. Məktəb, təcrübə və.s öz sözünü  deyir. Amma heç kim də müəllif kimi oxuya bilməz”.

Qeyd edək ki, təqdimatda Tünzalə Ağayeva, Lalə Məmmədova, Xatirə İslam, Ədalət Şükürov, Ayaz Qasımov, Fidan Hacıyeva, Oksana Rəsulova, Təranə Səmədova, Samir Cavadlı, Eldar Qasımov, Roza Zərgərli, Eldar Qasımov, Çingiz Mustafayev və başqaları qatılıb.

 

 

 

Rəqsanə

Tarix
28 Oktyabr 2014 [11:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin