Ana səhifə
21 Noyabr 2018

"Qızıl top" bunlardan birinin olacaq - Siyahı

“Qızıl top” mükafatına namizədlərin siyahısı açıqlanıb. FİFA dünyanın ən güclüsü adına iddia edən 23 futbolçunun siyahısını müəyyənləşdirib.

 

Ucnoqta.az xəbər verir ki, siyahıda daha çox – 6 təmsilçisi olan komanda dünya çempionu titulunu qazanan Almaniya millisidi. Ali futbol qurumu dekabrın 1-də həmin 23 namizəddən üçünü seçəcək. 2015-ci il yanvarın 12-də isə planetin ən yaxşısı bəlli olacaq.

“Qızıl top”a namizədlər: Mario Qötze (Almaniya, "Bavariya"), Filipp Lam (Almaniya, "Bavariya"), Tomas Müller (Almaniya, "Bavariya"), Manuel Noyer (Almaniya, "Bavariya"), Aryen Robben (Hollandiya, "Bavariya"), Bastian Şvaynştayger (Almaniya, "Bavariya"), Qaret Beyl (Uels, "Real"), Kərim Benzema (Fransa, "Real"), Kriştianu Ronaldo (Portuqaliya, "Real"), Toni Kroos (Almaniya, "Real"), Serxio Ramos (İspaniya, "Real"), Xames Rodriges (Kolumbiya, "Real"), Dieqo Kosta (İspaniya, "Çelsi"), Tibo Kurtua (Belçika, "Çelsi"), Eden Azar (Belçika, "Çelsi"), Anhel di Mariya (Argentina, "Mançester Yunayted"), Zlatan İbrahimoviç (İsveç, PSJ), Yaya Ture (Fil Dişi Sahili, "Mancester Siti"), Pol Poqba (Fransa, "Yuventus"), Lionel Messi (Argentina, "Barselona"), Neymar (Braziliya, "Barselona"), Xavyer Maskerano (Argentina, "Barselona"), Andres İnyesta (İspaniya, "Barselona").

 

Tarix
28 Oktyabr 2014 [11:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin