Ana səhifə
25 Sentyabr 2018

Şəmkir Aqropark”ın yaradılması aqrar sahənin inkişafına ciddi təkan verəcək

 O aqrar sahədə innovativ fəaliyyətin genişləndirilməsində mühüm rol oynayacaq

Şəmkir rayonunda istixananın quraşdırılması üçün  sahibkarlara 100 min manat güzəştli  kredit verilib. Bu göstərir ki, Şəmkirdə istixana təsərrüfatına maraq ilbəil artır. Buna səbəb fermərlərin bu istiqamət üzrə daha çox gəlir əldə etməlidir. Ötən illə müqayisədə məhsulun Rusiya bazarlarına maneəsiz çatdırılması və münasib qiymətə satılması təsərrüfat sahiblərinin üzünü güldürən amillərdəndir. Qeyd edək ki, aqrar sektorun ən gəlirli sahələrindən biri örtülü torpaq və ya istixana tərəvəzçiliyidir. 2014-2018-ci illədə Azərbaycan Respublikasında Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində istixana tərəvəzçiliyinin inkişafı ilə əlaqədar rayonda xeyli iş görülüb. Xüsusilə də, müasir texnologiyalarla yaradılan istixanaların sayı ilbəil artır. Son məlumatlara əsasən rayonda mövcud olan istixanaların sayı 10000-dən çoxdur və bunlar da 1500 hektardan çox ərazini əhatə edir. Bu sahəhənin 3 min hektara çatdırılması nəzərdə tutulur. Statistika göstərir ki, rayon əhalisinin 60 faizdən çoxu istixana təsərrüfatlarında işləyir. Artıq digər rayonların sahibkarları da şəmkirli sahibkarların təcrübəsindən faydlanır. Bu ilin fevralında İsmayıllı sahibkarlarından bir qrupunun Şəmkir rayonunda istixana fəaliyyəti ilə məşğul olan təsərrüfatlara təcrübə mübadiləsi ilə əlaqədar işgüzar səfəri təşkil edilib. Onlar bir sıra təsərrüfatlarda olublar. Daha sonra sahibkarlar “Az.Aqro” MMC-nin yaratdığı qızılgül istixanasında da oldular. Burada görülən işlər elmin-texnikanın ən son nailiyyətləri əsasında qurulub. Bir hektar ərazidə qurulan istixanada bütün əməliyyatlara elektron nəzarət həyata keçirilir. 
Sahibkarlara bildirilib ki, bitkilər torpaqsız şəraitdə “minerallaşdırılmış pambıq” üzərində əkilir və becərilir. Bitkilərin qida, su, işıq rejimi komputerlər tərəfindən nizamlanır. Bir məsələni xüsusi vurğulamaq lazımdır ki,parnikdə istifadə edilən su irriqasiya bölməsində süzülür, digər hissəciklərdən tam təmizlənir, suyun turşuluğu normal həddə (PH-5,5) çatdırılır, daha sonra mikro və makro gübrələrlə zənginləşdirilərək istixanada becərilən hər bir bitkinin tələbatına uyğun verilir. İstixanada hər gün 4-7 min ədəd gül dərilir və il ərzində orta hesabla 2 milyon ədəd gül istehsal edilərək daxili və xarici bazarlarda satılır. 
Səfərin sonunda İsmayıllı sahibkarları Şəmkirdə tikintisi başlanmış “Aqropark”da da oldular və burada görülməsi nəzərdə tutulan işlərlə tanış oldular. Sahibkarlar rayonumuzda istixanaların yaradılması istiqamətində lazımı bilgilər əldə etməklə, həmin sahələrin inkişaf etdirilməsi ilə əlaqədar məqsədyönlü işlər görəcəklərini bildiriblər.
Şəmkirdə «Aqropark»ın tikintisi isə rayonun iqtisadiyyatında aparıcı sahələrdən birinə çevriləcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci ili kənd təsərrüfatı ili elan etməsi və onun tapşırığı ilə həyata keçirilən Şəmkir çayı üzərində dəryaçanın inşası region üçün mühüm əhəmiyyətə malik olan “Şəmkir Aqropark”ın yaradılmasını şərtləndirib. “Şəmkir Aqropark”ında yaradılacaq istehsal və emal müəssisələrinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilməsi istiqamətində böyük işlər görülür. Bildirilir ki, “Şəmkir Aqropark”ın yaradılması aqrar sahənin inkişafına ciddi təkan verəcək, sahibkarların becərdikləri məhsulların çeşidlənməsi, qablaşdırılması, satışın reallaşdırılması, aqrar sahədə innovativ fəaliyyətin genişləndirilməsində mühüm rol oynayacaq. Yerli sahibkarlar və investorlar “Şəmkir Aqropark”ında  yaradılacaq aqroaptekin, innovasiyalar və texnologiyalar mərkəzinin, logistik mərkəzin xidmətlərindən, həmçinin hazır məhsulların dünya bazarlarında satışını həyata keçirmək üçün zəruri beynəlxalq sertifikatların alınması və alıcılara çatdırılması xidmətlərindən yararlana biləcəklər. “Şəmkir Aqropark” keyfiyyətindən asılı olmayaraq əhalinin yetişdirdiyi bütün kənd təsərrüfatı məhsullarını alacaq. Eyni zamanda, sakinlərə aqroparkda yaradılmış imkanlardan bəhrələnmək, müxtəlif məhsul növlərinin yetişdirilməsi ilə bağlı tövsiyələr almaq, məhsuldarlığın artırılması üçün daha keyfiyyətli şitillər əldə etmək imkanı yaradılacaq. Görüləcək işlər yerli sakinlərin sosial rifahının bir qədər də yaxşılaşdırılmasına şərait yaradacaq. Aqroparkların yaradılması ixrac coğrafiyasının daha da genişləndirilməsinə və həcminin artırılmasına, milli brendlərin formalaşdırılmasına, intensiv metodların tətbiqinə, istehsalçı, emalçı və istehlakçı arasında münasibətlərin genişləndirilməsinə, yüksək məhsuldarlığa nail olunmasına və yeni iş yerlərinin açılmasına səbəb olacaq. Bildirilmişdir ki, aqroparkda yaradılacaq müəssisələrin maliyyələşdirilməsinin əsas hissəsi sahibkarların vəsaiti və bir hissəsi isə dövlətin güzəştli kreditləri hesabına həyata keçiriləcəkdir.
Qeyd edək ki, Şəmkir rayonunda fermerlərin kənd təsərrüfatı texnikası ilə təmin edilməsində də işlər görülür. Bu məqsədlə “Aqrolizinq” ASC-nin müasir infrastruktura malik Şəmkir regional logistik bazası və Şəmkir rayon aqroservis filialı fəaliyyət göstərir. Ofis binası, kənd təsərrüfatı texnikalarının saxlanması üçün meydançalar, gübrə anbarları və müasir avadanlıqlarla təchiz olunmuş təmir emalatxanasına malik Şəmkir rayon aqroservis filialı 91 ədəd, o cümlədən 22 ədəd taxılyığan kombayn, 15 ədəd traktor, 2 ədəd ekskavator və 52 ədəd traktora qoşulan digər texnikalarla təchiz edilib və istehsalçılara 20 addan çox aqrotexniki xidmət göstərilir. Bundan əlavə 430 ədəd, o cümlədən 8 ədəd taxılyığan kombayn, 145 ədəd traktor, 2 ədəd ekskavator və 268 ədəd traktora qoşulan kənd təsərrüfatı texnikaları hüquqi və fiziki şəxslərə lizinq qaydasında verilib.
Şəmkir rayonunda sahibkarlıq fəaliyyətini genişləndirmək üçün digər sahələrdə də müəyyən işlər görülür. Şəmkir rayonu Sabirkənd kəndində yeni tikilmiş “Tikinti İnşaat” bazarının açılışı dav bu tədbirlərdən biridir. İnşaat bazarının Sabirkənd kəndində və yaxın kəndlərdə yaşayan kənd sakinlərinin işlə təmin olunmalarına şərait yaratmaqla yanaşı, əhalinin tikinti məhsullarına təlabatını təmin edəcək, sahibkarlara isə öz məhsullarını satmağa imkanlar yaradacaq. Bazar  bu  zonada mühüm əhəmiyyət daşıyacaq, çünki qərb  zonasında belə böyük 2-ci inşaat bazarı yoxdur. Qeyd edək ki, Şəmkir rayonun ərazisində iki  Su Elektrik Stansiyası fəaliyyət göstərir. Şəmkir SES və Yenmkənd SES istifadəyə verilməklə yeni yarımstansiyalar quruldu, maşınlı su kanalı istifadəyə verildi. İllərlə əkinçiliyə həsrət qalan  torpaq sahələrinə suvarma suyu verildi, yeni təsərrüfat sahələri, müəssisələr, sex və sahələr yaradıldı. Minlərlə hektar torpaq sahələrinin suvarılma imkanı fermer təsərrüfatlarının daha çox məhsul almasına imkan verdi. Əhalinin həyat şəraiti yaxşılaşdı.  Müəssisələrin yaradılması rayonun iqtisadiyyatında  sənaye sektorunun da rolunu artırdı. Yerli sahibkarların özlərini daha  inamlı hiss etmələrinə imkan verdi. Görülən işlər Şəmkir rayonun blkənin iqtisadiyyatında önəmli rol oynayan rayonlardan birinə çevirəcəyini göstərir.

Tarix
18 Sentyabr 2015 [15:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin