Ana səhifə
24 Fevral 2018

Əflatun Amaşov seçkiyə qatılacağı dairəni açıqladı

Mətbuat Şurasının sədri Əflatun Amaşov parlament seçkilərinə namizəd olacağı ilə bağlı məlumat yayıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, M.Amaşov bildirib ki, Milli Məclisinin deputatı olmağa iddialıdır: “Parlamentin problemlərinin sistemli şəkildə və ardıcıl gündəmə gətirilməsinə hər zaman ehtiyac var. Buna görə jurnalistikanın parlamentdə təmsilçiliyi vacibdir. Deputat olmaq istəyim həm də bu nöqteyi-nəzərdən dəyərləndirilməlidir”. MŞ sədri namizəd olacağı dairəni də açıqlayıb: “Bir neçə dairəni nəzərdən keçirdim. Yekunda 62 saylı Saatlı seçki dairəsinin üzərində dayandım. Burada da seçkiqabağı təbliğat işini düzgün qurmaq üçün mənə dəstəyini əsirgəməyəcək çoxlu dostlarım var. Çox çətin olacaq. Amma inanıram ki, 62 saylı Saatlı seçki dairəsində uğur qazana bilərəm. Artıq bunun üçün ilk addımlaımı atmışam. Gərgin işlərə başlamışam”.

Tarix
18 Sentyabr 2015 [12:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ